Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:03

Qəzaya uğramış gəmidə 10 Azərbaycan vətəndaşı


Bu gün, dekabrın 19-da İstanbulun Şile rayonu sahillərində Komor Adalarına məxsus “Natalia” yük gəmisi qəzaya uğrayıb.

Gəmidə Azərbaycan vətəndaşlarının da olduğu bildirilir.

Azərbaycanın Ankaradakı səfirliyinin konsulu Şöhrət Mustafayevin AZƏRTAC-a verdiyi məlumata görə, gəmidə Azərbaycanın 10 vətəndaşı var.

Azərbaycanın məsələ ilə əlaqədar Türkiyə hökumətinin aidiyyəti qurumları ilə əlaqə yaratdığı bildirilir. Hazırda gəmidə xilasetmə işlərinin davam etdirildiyi vurğulanır.

Səfirlikdən deyiblər ki, Azərbaycan vətəndaşlarının vəziyyəti ilə bağlı heç bir problem yoxdur. Məsələ ilə əlaqədar Azərbaycanın Ankaradakı diplomatik nümayəndəliyində “qaynar xətt” yaradılıb.

Gəmidəkilər xilas edilib

Türkiyənin yerli saytlarının İstanbul valiliyinə istinadən yaydıqları xəbərlərdə isə bildirilir ki, yük gəmisində 16 nəfər olub.

Onların 3-nün Türkiyə vətəndaşı olduğu, gəmidəkilərin hamısının xilas edildiyi vurğulanır.

Valiliyin açıqlamasında yük gəmisindən xilas edilən digər 13 nəfərin hansı ölkə vətəndaşı olması barədə məlumat verilmir.

Heyət üzvləri xəstəxanaya yerləşdirilib

Dekabrın 19-da İstanbulun Şile rayonu sahillərində qəzaya uğrayan, Komor Adalarına məxsus “Natalia” yük gəmisində olan Azərbaycan vətəndaşlarından heç biri xəsarət almayıb.

Bunu isə AZƏRTAC-a Azərbaycanın Ankaradakı səfirliyinin konsulu Şöhrət Mustafayev bildirib.

Onun da deməsinə görə, gəmidə xilasetmə işləri artıq başa çatıb. Heyət üzvləri müayinə məqsədi ilə xəstəxanaya yerləşdirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG