Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 12:51

ABŞ 1400 Kalaşnikov daşıyan gəmini həbs edib


Həbs edilmiş silahlar
Həbs edilmiş silahlar

Xəbərdə deyilir ki, ABŞ dəniz qüvvələri qanunsuz yükü gəmidən götürdükdən və heyəti çıxardıqdan sonra gəmini dənizdə batırıblar

ABŞ donanması bildirir ki, onun iki patrul gəmisi Şimali Ərəbistan dənizində heç bir dövlətə məxsus olmayan və qanunsuz silah yükü daşıyan balıqçı gəmisini həbs edib.

ABŞ donanması gəminin İrandan çıxdığını iddia edir.

ABŞ-ın 5-ci Donanması dekabrın 22-də bunu da bildirib ki, sözü gedən gəmi adətən Yəmən hutilərinə qaçaqçılıq yolu ilə silahların daşındığı sularda saxlanıb.

Xəbər verilir ki, həbs edilən gəmidə təxminən 1400 AK-47 avtomatı və 226 min güllə var idi.

Yük dekabrın 20-də beynəlxalq qanuna uyğun olaraq aparılan təftiş zamanı aşkar edilib.

Xəbərdə deyilir ki, ABŞ dəniz qüvvələri qanunsuz yükü gəmidən götürdükdən və heyəti çıxardıqdan sonra gəmini dənizdə batırıblar.

Yəməndəki hutilərin silahlarla birbaşa və ya dolayısı ilə təchiz olunması BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi və ABŞ sanksiyaları ilə qadağan edilib.

ABŞ donanmasının bəyanatında deyilir ki, özlərini Yəmən vətəndaşı kimi təqdim etmiş 5 nəfər Yəmənə veriləcək.

Yəmənin beynəlxalq icma tərəfindən tanınmış qanuni hökuməti artıq 7 ildir ki, İran tərəfindən dəstəklənən hutilərə qarşı silahlı mübarizə aparır.

XS
SM
MD
LG