Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Gələcək Azərbaycan Partiyasının fəalı həbs olunub


Gələcək Azərbaycan Partiyasının üzvü Tariyel Məmmədovun inzibati qaydada həbs edildiyi bildirilir.

GAP sədri Ağasif Şakiroğlu AzadlıqRadiosuna partiya fəalının 30 sutkalığa həbs olunduğunu deyib.

“Tariyel Məmmədov dünən, iyulun 24-də Sabunçu rayonu ərazisində partiya fəalları ilə görüş zamanı saxlanılıb. Onu öncə Sabunçu Rayon Polis İdarəsinə, sonra Suraxanı polisinə aparıblar. Bu gün məlum oldu ki, Tariyel Məmmədov "ictimai asayişi pozduğuna görə” inzibati qaydada 30 sutka həbs edilib”.

Ağasif Şakiroğlu fəalın həbsini "tamamilə qanunsuz" adlandırıb.

Gələcək Azərbaycan Partiyası 2013-cü il dekabrın 20-də təsis edilib.

Parlamentin eks-spikeri, 1996-cı ildən Amerikada siyasi mühacirətdə olan Rəsul Quliyev partiyanın fəxri üzvüdür. Təşkilat ictimai rəydə “Rəsul Quliyevin partiyası” tanınır.

XS
SM
MD
LG