Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:10

Rusiya Şimal axını ilə qaz tədarükünü dayandırır


Arxiv fotosu
Arxiv fotosu

Fransanın enerji naziri Aqnes Panyer-Runaçer avqustun 30-da Rusiyanı “qazdan müharibə silahı kimi istifadədə” suçlayıb

Rusiya avqustun 31-də Avropaya Şimal axını 1 kəməriylə qaz tədarükünü dayandırıb. Bu, Moskvanın Qərb ölkələrinə təzyiq məqsədilə tədarükü məhdudlaşdırması sarıdan narahatlığı artırıb.

Baltik dəniziylə Almaniya gedən Şimal axını 1 ilə qaz axını sıfıra düşüb. Fasilə sentyabrın 2-dək təmir işlərinin aparılmasıyla izah olunur.

“Hər təmirdən sonra siyasi qərar”

Rusiyanın Gazprom enerji nəhəngi kompressorda üçgünlük təmiri “vacib” adlandırıb.

Almaniyanın Federal Şəbəkə Agentliyinin başçısı Klaus Mueller isə qərarı “texniki baxımdan anlaşılmaz” sayaraq xəbərdarlıq edib ki, bu, Moskvanın enerji təchizatından təhdid kimi istifadə etməsinə sadəcə bəhanədir.

Təcrübə göstərir ki, Moskva “hər bir belə təmirdən sonra siyasi qərar verir”, deyən Mueller əlavə edib ki, “Rusiyanın yenə bunu edib-etməyəcəyini sentyabrın əvvəlində biləcəyik”.

Rusiyanın tədarükü məhdudlaşdırmaqla Qərb ölkələrinə təzyiq göstərmək, onların Ukraynaya qarşı müharibəyə görə Rusiyaya sanksiya tətbiqində birliyini pozmaq cəhdiylə bağlı ittihamları Moskva rədd edir.

Həyətinin ağacını kəsməyə məcbur olan kəndlilər
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

“Müharibə silahı”

Fransanın enerji naziri Aqnes Panyer-Runaçer avqustun 30-da Rusiyanı “qazdan müharibə silahı kimi istifadədə” suçlayıb.

Bu bəyanatdan öncə Gazprom bildirib ki. ödənişlərin olunmamasına görə Fransanın Engie elektrik şirkətinə qaz tədarükünü dayandırır.

“Fransa yazdan bəri bu ssenariyə hazırlaşır...”, – deyən nazir əlavə edib ki, ölkə onsuz da Rusiyadan qaz idxalından asılılığını 9 faizə salıb. Ukraynanın işğalından öncə bundan iki dəfə artıq qaz idxal olunurdu.

Rusiyanın qaz tədarükünü pozması və azaltması nəticəsində qiymətlər qalxıb, Avropa ölkələri qış öncəsi alternativ təchizat mənbələri axtarmağa başlayıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG