Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:00

Əfqanıstan qoşunları Qəzninin 90 faizini Talibandan geri alıb


Əfqanıstan əsgərləri Qəzni şəhərində
Əfqanıstan əsgərləri Qəzni şəhərində

Əfqanıstanın hökumət qoşunları Qəzni şəhərinin əksər hissələrini Talibandan geri alıb. Lakin şəhərin şərq ətraflarında döyüş əməliyyatları dördüncü gündür ki, davam edir.

Müdafiə Nazirliyinin sözçüsü Ghafoor Ahmad Javed avqustun 13-də AzadlıqRadiosuna deyib ki, Qəzniyə əlavə qüvvələr göndərildikdən sonra şəhərin 90 faizi Talibandan geri alınıb.

Javed bildirib ki, toqquşmalar avqustun 13-də axşam saatlarında Bağe Bəhlul rayonunda davam edib. Burada Taliban qüvvələrinin son müqavimət sığnaqları yerləşib.

Bundan əvvəl müdafiə naziri Tareq Shah Bahrami deyib ki, Qəzniyə minədək əlavə əsgəri qüvvə göndərilib. Onlar şəhəri Talibandan təmizləməyə çalışırlar.

Bahrami bunu da əlavə edib ki, növbəti 24 saat ərzində hadisələrin əhəmiyyətli dərəcədə inkişaf edəcəyi gözlənilir.

Bahrami hadisələrin müsbət axarda inkişaf edəcəyinə ümid bəslədiyini bildirib.

Əfqanıstan rəsmiləri bildirirlər ki, Amerikanın xüsusi qüvvələri də bölgədədir və onlar hava zərbələri ilə quru əməliyyatları arasında koordinasiyanı təmin edirlər.

Qəzni paytaxt Kabulu ölkənin şərqi ilə birləşdirən yolun üstündə strateji məntəqə sayılır.

Əfqanıstan
Əfqanıstan

Bundan üç gün əvvəl yaraqlılar 270 minlik şəhər üzərinə hücuma başlayanda buradakı kommunikasiya xətləri qırılmışdı.

Bahrami deyib ki, son döyüşlərdə 100-dək polis və azı 20 mülki şəxs öldürülüb. Onun sözlərinə görə Taliban 194 nəfər itirib. Bunlardan 12-si komandirlərdir.

Bu arada BMT-nin Humanitar İşlərin Koordinasiyası Agentliyi tərəfləri mülkiləri və infrastrukturu qorumağa çağırıb.

BMT bildirir ki, bölgədə qida və su çatışmazlığı var.

Qəznidən millət vəkili, xanım Shah Gul Rezayee avqustun 13-də AzadlıqRadiosuna deyib ki, “Taliban şəhərin əksər yerlərini yandırıb”.

Qəznidən qaça bilmiş bəzi sakinlər şəhər küçələrinin meyitlərlə dolu olduğunu deyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG