Oktyabrın 27-də Tərtər rayonu ərazisindəki təmas xəttində monitorinq keçirillərkən atəşkəs rejimi pozulub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əvvəlcədən əldə olunmuş razılığa əsasən, monitorinq zamanı Minsk qrupunun həmsədrləri gor Popov, Pierre Andrieu, James Warlick və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk təmas xəttini qarşı tərəfdən keçərək Azərbaycan ordusunun nəzarətində olan hissəyə keçiblər.
Amma atəşkəs rejiminin pozulmaması barədə razılığa baxmayaraq tədbir zamanı qarşı tərəfdən Azərbaycan ordusunun mövqeləri istiqamətində avtomatik silahdan bir neçə dəfə atəş açılıb.
Həmsədrlərin dərhal müdaxiləsindən sonra atəş dayandırılıb.
Qeyd edək ki, həmsədrlər bundan əvvəl Xankəndidə separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər.
Həmsədrlərin regiona səfəri çərçivəsində həmçinin Bakıda Azərbaycan rəhbərliyi ilə görüşləri nəzərdə tutulur.