Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:48

G7 səfirləri Ukrayna prezidentinin təklifini pisləyirlər


Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

G7 qrupu ölkələrinin Ukraynadakı səfirləri prezident Volodymyr Zelenskiy-nin 2014-cü il üsyanına qədər vəzifə tutmuş Ukrayna rəsmilərinin lüstrasiyasına dair təklifindən narahatlıq ifadə ediblər.

İyulun 12-də Twitter-də dərc etdikləri bəyanatda səfirlər bildiriblər ki, “siyasi hakimiyyətin dəyişməsi və siyasi rotasiya demokratiyaların normasıdır”.

Səfirlərin rəyinə görə “icra və qanunvericilik hakimiyyəti tərəfindən bütün iştirakçıların üzərinə qoyulmuş diskriminasiya qadağanlarının qoyulması” isə belə norma sayıla bilməz.

Diplomatlar qeyd edirlər ki, onların fikrincə hazırda Ukraynadakı vəziyyət Ləyaqət İnqilabından sonrakı dörvdəkindən fərqlidir.

2014-cü ildə moskvayönlü prezident Viktor Yanukovych-in devrilməsi ilə nəticələnmiş kütləvi etiraz aksiyalarına həm də Ləyaqət İnqilabı deyilir.

İyulun 11-də Zelenskiy Ukraynanın lüstrasiya qanununun 2014-cü il fevralın 21-dən 2019-cu il mayın 19-dək hökumət postları tutmuş bütün şəxslərə şamil edilməsinə dair təkliflə çıxış edib.

Hazırkı qanun yalnız Yanukovychin hakimiyətində vəzifəsi olanların lüstrasiyasını tələb edir.

Zelenskiy demişdi ki, hər gün bunu fikirləşir: “Görəsən dövlət rəsmilərini əsirlərə dəyişdirsin, yoxsa onlara özlərinin aldıqları keyfiyyətsiz gülləkeçirməz jiletləri geyindirib cəbhə xəttinə göndərsin”.

Keçmiş prezident Petro Poroshenko bu təklifi “Rusiyanın revanşizmi” adlandırıb.

O deyib ki, Zelenskiy-nin məqsədi “beşinici kolonun meydanını genişləndirmək üçün Ukraynanı müdafiə edənləri aradan qaldırmaqdır”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG