Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 03:57

G7: Rusiya sabitliyi pozan davranışlarını dayandırmalıdır


G7-sammiti
G7-sammiti

Dünyanın yeddi ən böyük sənayeləşmiş demokratik ölkəsi (G7) İngiltərənin Kornoul qraflığında keçirilən sammitin ardınca ortaq bir kommünike yayıblar. Birgə sənəddə Rusiya hakimiyyətini "sabitliyi pozan davranışları" və "zərərli fəaliyyətləri" dayandırmağa çağırdılar.

Bununla da ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Kanada və Yaponiya liderləri Moskva ilə sabit və proqnozlaşdırılan münasibətlərdə maraqlı olduqlarını bəyan ediblər.

Eyni zamanda, Rusiyanı digər ölkələrin demokratik sistemlərinə müdaxiləni dayandırmağa, insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirməyə, "ərazisindəki kimyəvi silahların istifadəsini" araşdırmağa və izah etməyə çağırıblar.

Birgə sənəddə Rusiyadan istənilir ki, o, müstəqil media və vətəndaş cəmiyyətinin "davamlı izlənməsi"ni dayandırsın, habelə Rusiya ərazisindən kiberhücum edənləri məsuliyyətə cəlb etsin.

Bəyanatda ayrıca Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edilir və Rusiya qoşunlarının Ukraynanın şərq sərhədlərindən və ilhaq edilmiş Krımdan geri çəkilməsinə çağırılır.

"Biz Rusiyanın Ukraynanın şərqindəki münaqişədə tərəf olduğuna..."

Kommünikedə deyilir: "Biz Rusiyanın Ukraynanın şərqindəki münaqişədə tərəf olduğuna və vasitəçi olmadığına əminik".

Liderlər həm də Minsk razılaşmasının yerinə yetirilməsinin vacibliyini vurğulayır.

Sənəddə Belarus hakimiyyəti vətəndaş cəmiyyəti ilə danışıqlara başlamağa və ölkədə yeni seçkilər keçirməyə çağırılır. Birgə sənəddə həmçinin Aleksandr Lukaşenko rejiminə qarşı yeni sanksiyaların tətbiq olunmasından da söz açılır.

XS
SM
MD
LG