Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:52

G7 Ukrayna gəmilərinin həbsini 'əsassız' adlandırır


Rusiya tərəfindən həbs edilmiş Ukrayna gəmiləri
Rusiya tərəfindən həbs edilmiş Ukrayna gəmiləri

İnkişaf etmiş ölkələrin G7 qrupu Rusiyanın üç Ukrayna gəmisini tutmasını əsassız adlandırıb, bu gəmilərin və 24 dənizçinin dərhal azad olunmasına çağırırb. Qrup bildirib ki, bu qarşıdurma “gərginlikləri təhlükəli şəkildə artırıb”.

Noyabrın 30-da açıqlanmış bəyanatda Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-ın xarici işlər nazirləri, habelə Avropa İttifaqının nümayəndəsi Rusiyanı “saxlanmış gəmilərin və heyət üzvlərinin azad edilməsinə və Kerç boğazından dəniz nəqliyyatının qanuni sərbəst keçidini əngəlləyən hərəkətlərdən çəkinməyə” çağırırlar:

"Rusiyanın Ukrayna gəmilərinə və dəniz heyətinə qarşı hərbi gücdən istifadə etməsinə heç cür haqq qazandırıla bilməz”.

Sənayeləşmiş ölkələrin Yeddilər Qrupu Moskvanı “eskalasiyanın bundan sonra da artmasının qarşısının alınması məqsədilə” beynəlxalq qanunlara hörmət edilməsinə çağırırb.

Qrupun bəyanatında bu da xatırladılır ki, “biz Krım yarımadasının Rusiya tərəfindən qanunsuz ilhaqını tanımırıq və heç vaxt tanımayacağıq”. G7 bildirib ki, “Ukrayanın suverenliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir”.

Azov dənizində baş vermiş qarşıdurmadan dərhal sonra Ukrayna özünün 10 vilayətində hərbi vəziyyət elan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG