Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Gəncədə 4-mərtəbəli binada partlayış. Ölənlər var


Bina
Bina

Fövqəladə hallar naziri Gəncədə

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncə şəhərində qəza baş vermiş əraziyə gedib.

Bu haqda nazirliyin məlumatında bildirilir.

Nazirin qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olduğu bildirilir. Onun xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsindən ötrü tapşırıqlar verdiyi deyilir.

Partlayış baş verən binanın sakinləri köçürüləcək

Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcək.

Bu barədə «Report»a fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.

E.Mirzəyev bildirib ki, sakinlərə yeni bina tikilərək təhvil veriləcək. Ancaq o, bunun hansı formada həyata keçiriləcəyini açıqlamayıb.

«Hazırda axtarış və təmizləmə işləri davam etdirilir. Binanın bir blokunda yerləşən dörd mənzil tamamilə dağılıb. Dördüncü və üçüncü mərtəbələrdə yaşayış olmayıb. Partlayış birinci mərtəbədə baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralıdır. Hazırda tədqiqatçılar və mütəxəssislər partlayışın baş verdiyi ərazidə araşdırma aparırlar. Hadisənin dəqiq səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə məlumat veriləcək», - deyə nazir müavini vurğulayıb.

Daha iki meyit dağıntılar altından çıxarılıb

Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi-13 ünvanda yerləşən dördmərtəbəli yaşayış binasında baş verən partlayış zamanı dağıntılar altında qalan daha iki nəfərin meyiti çıxarılıb.

Bu barədə məlumatı «Turan» agentliyinə Gəncə Şəhər İcra Hakimiyyətində də təsdiq ediblər. Ölənlərin birinin qadın, o birinin isə kişi olduğu bildirilir.

Beləliklə, partlayış nəticəsində 3 nəfərin öldüyü təsdiqlənib. Daha bir nəfər isə dağıntılar altından yaralı olaraq xilas edilib.

Gəncə İH: «Hələ ki, axtarış-xilasetmə işləri gedir»

«İndiyə kimi dağıntılar altından bir nəfər ölü, daha bir nəfər yaralı olaraq xilas edilib. Xilasetmə işləri isə hələ davam edir».

Bunu «Turan» agentliyinə Gəncə Şəhər İcra Hakimiyyətindən bildiriblər.

İcra hakimiyyətindən daha sonra bunları deyiblər: «Məlum olan budur ki, həlak olan 24, yaralı Orxan Məmmədov 23 yaşındadır. O.Məmmədov müalicə məqsədilə Gəncə Hərbi Hospitalına aparılıb».

Dağıntılar altında iki ailənin qala biləcəyi haqqında deyilənlərə gəlincə, rəsmi qurumdan vurğulayıblar ki, bu yalnız ehtimaldır: «Bu, hələ ki, ehtimaldır, axtarış-xilasetmə işləri davam edir. Yeni təfərrüatlar məlum olarsa, bu barədə məlumat veriləcək».

İH-dən qeyd ediblər ki, partlayış baş verən bina Şahlar Hüseynov küçəsi-13 ünvanda yerləşir.

Bir nəfər həlak olub, biri də yaralıdır

Noyabrın 20-də, səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonundakı dördmərtəbəli binada baş vermiş partlayış nəticəsində, hələlik, bir nəfərin həlak olduğu bildirilir.

Bunu Azərbaycan Səhiyyə Nazirliyindən deyiblər.

Nazirlikdən bildirilib ki, daha bir nəfər yaralanıb, həmin yaralının dağıntılar altından çıxarılmasından ötrü xilasetmə işləri aparılır.

«Report» agentliyinin xəbərinə görə, isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısınınmüavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Zeynalov deyib ki, dağıntılar altında iki ailə qalıb.

Qaz evlərə necə dolur? FHN nə iş görür?
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

+++

Noyabrın 20-si səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda bildirilir.

FHN-in məlumatına görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb.

«Dağıntılar altında qalanların olduğu ehtimal olunur», - məlumatda vurğulanır.

Nazirliyin bildirməsinə görə, hazırda axtarış-xilasetmə işləri aparılır.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG