Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 03:10

'Gəncə məhbusları' azadlığa buraxılıb


'Gəncə işi' ilə bağlı məhkəmədə qarşıdurma (Geniş video)
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

'Gəncə işi' ilə bağlı məhkəmədə qarşıdurma (Geniş video)

2018-ci ildə Gəncə baş verən hadisələrə görə həbs olunmuş Aydın Rüstəmov, İsa Məhərrəmzadə Hüseyn Bayramov dünən, aprelin 1-də azadlığa buraxılıb.

Bu barədə A.Rüstəmovun yaxınları məlumat verib.

Məlumata görə, hər üç şəxs həbs müddətinin bitməsindən əvvəl azadlığa buraxılıb: «Aydının, İsanın və Hüseynin həbs müddətinin bitməsinə 3 ay qalmışdı. Cəzaçəkmə müəssisəsində məhkəmə keçirildi və onların azadlığa buraxılması ilə bağlı qərar qəbul olundu. Koronavirus xəstəliyinə görə cəza müddətin bitməsinə 3 ay qalmış şəxsləri azadlığa buraxırlar. Onları da elə bu qaydaya görə buraxdılar».

Bundan əvvəl, Azərbaycanda martın axırında həbsxanalardan 200 məhbusun məhkəmə qərarı ilə vaxtından əvvəl azadlığa buraxıldığı açıqlanıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, onların işlərinə növbətçi hakimlər təxirəsalınmaz qaydada baxıb.

A.Rüstəmov, İ.Məhərrəmzadə və H.Bayramovu yerli hüquq müdafiəçiləri siyasi məhbus kimi tanıyıblar.

Müxtəlif hüquq-müdafiə qurumlarına görə, Azərbaycanda 100-dən çox siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

"Məhbuslar arasında heç bir ayrı-seçkilik edilmir"
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

Gəncədə nə baş vermişdi

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Y.Səfərovun bu iddialara münasibəti məhkəmədə açıqlanmalıdır.

Rəsmi məlumata görə, iki il əvvəl iyulun 10-da da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə ümumilikdə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 18 ilədək həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsi onların bir qisminin cəzasını azaldıb. Bu hadisələrlə əlaqədar həbs olunanlardan təxminən 10 nəfər şərti cəzayla azadlığa buraxılıb. Həbs olunanlar qətl, hakimiyyət nümayəndəsinə müqavimət və başqa maddələr üzrə mühakimə ediliblər.

Y.Səfərov və daha 11 nəfər məhz icra başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunurlar. Həbs edilənlər məhkəmə ifadələrində həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edərək bildirib ki, onlar məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

Xüsusi rejim tətbiq olunan Bakının son halı
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 47 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Artıq bu məsələ ilə bağlı dünyanın bir çox ölkələrində məhbusların bir qismi azadlığa buraxılmaqdadır.

Bu vaxta qədər Azərbaycanda isə 400 nəfərin koronavirus infeksiyasına yoluxduğu açıqlanıb. Onlardan 26 nəfərin müalicə olunaraq sağaldığı, 5 nəfərin vəfat etdiyi deyilir.

Üstəlik, indi dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər də görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Daha sonra martın 31-dən aprelin 20-nə kimi metroda fəaliyyət dayandırılıb. Martın 31-dən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.

Multimedia

XS
SM
MD
LG