Keçid linkləri

Təcili xəbərlər
2023, 01 İyun, Cümə axşamı, Bakı vaxtı 08:59

Ekspert: Kreditlərlə bağlı güzəşt paketi gözləntiləri doğrutlmadı (VIDEO)


2 bank bağlandı. Kredit borcu olanlara nə kömək olunacaq?
Gözlə

No media source currently available

0:00 0:10:36 0:00

2 bank bağlandı. Kredit borcu olanlara nə kömək olunacaq?

Martın 1-dən sentyabrın 30-na kimi kredit ödənişlərini gecikdirənlərə cərimə faizi hesablanmayacaq. Bu haqda Mərkəzin Bank aprelin 25-də pandemiya dövründə kredit güzəştləri ilə bağlı açıqladığı qərarda qeyd olunur.

Amma Bakı sakini Elmir Səfərov deyir ki, bu qərar onun kimi banka borcu olanların köməyinə çatmayacaq. Onun dediyinə görə banka 3 min manatdan çox borcu var, hər ay hardasa 300 manat kredit ödəyir. O bildirir ki, işlər bağlandığından ödənişləri etmək qeyri-mümkündür:

“Biz istəyərdik ki, tək bizim yox, banka olan borcunu qaytarmaqda çətinliyi olan hər kəsin kreditləri dondurulaydı. Sonra işlər başlayandan sonra bu ödənilməyən ayların da ödənişlərini hissə-hissə ödəyərdik. Məsələn, bizim ailədə 4 nəfərdən heç olmasa biri işləyirdi. İndi heç birimiz işləmirik. Başqa gəlir yerimiz yoxdur. Üstəlik kirayədə qalırıq, sıxtını üstünə, sıxıntı yaşayırıq”.

"Mərkəzi Bank problemin dərinliyini ölçə bilməyib"

Müxalif Real Partiyasının icra katibi, iqtisadçı eskpert Natiq Cəfərli hesab edir ki, Mərkəzi Bankın kreditlərlə bağlı açıqladığı güzəşt paketi gözləntiləri doğrutlmadı. Onun fikrincə, açıqlanan paket bir daha göstərir ki, Mərkəzi Bank problemin dərinliyini ölçə bilməyib.

Mərkəzi Bankın aprelin 25-də açıqladığı güzəşt paketinə əsasən, biznes və istehlak kreditləri üzrə gecikmələrə görə 6 ay ərzində, martın 1-dən sentyabrın 30-dək kredit ödənişlərinin gecikməsinə görə cərimə tutulmayacaq.

Güzəşt paketində pandemiyanın mənfi təsir göstərdiyi sahələr üzrə biznes, eləcə də ipoteka kreditlərinin restrukturizasiyasına, yəni, faiz dərəcəsinin azaldılması, kreditin ödəniş müddətinin uzadılmasına imkan yarıdılır.

Mərkəzi Bank qeyd edir ki, bu güzəşt paketindən ümumilikdə, İpoteka Fondunun ayrıdığı 1,1milyard manatlıq kredit üzrə 23 minə yaxın borcalan faydalanacaq. Həmçinin, sahibkarlığın İnkişafı Fondundan götürlən 1 milyard manatlıq biznes kreditləri üzrə 10 minə yaxın iş adamına güzəştlər olunacaq.

Deputat Vüqar Bayramov rəsmi dövlət qəzeti olan Azərbaycan qəzetinə deyib ki, bu güzəşt paketi sistemlidir və pandemiyanın maliyyə bazarı iştirakçılarına təsirlərini minimumlaşdırmağa şərait yaradacaq.

Müddət daha uzun olmalıydı

İqtisadçı ekspert Rövşən Ağayev isə öz Facebook hesabında yazır ki, indiki halda 6 aylıq və ya birillik kredit tətillərinin verilməsi daha məqsədə uyğun olardı:

“Əhaliyə münasibətdə söhbət təxminən 1.1 milyard manatlıq kredit dövriyyəsindən gedir. Ev təsərrüfatlarının ümumi kreditlərinin həcmi 1 mart tarixinə təxminən 6.9 milyard manat olub. Yəni tövsiyyə edilən güzəşt bütün kredit borclarının 16%-dir. Amma bu dəstəyin əhatə dairəsini ən azından Tədbirlər Planı çərçivəsində hökumətdən maaş formasında dəstək alan 300 min muzdlu işçiyə, işsizlk müavinəti alacaq 600 min işsiz şəxslərə də şamil etmək olardı”.

Rövşən Ağayev düşünür ki, pandemiya dövründə gəlirini tam itirən kiçik sahibkarlara kredit tətilləri ilə yanaşı, onların borclarının bir hisəsinin dövlət vəsaiti hesabına güzəşt edilməsi də olduqca önəmlidir.

Evinə gündə 7 manat gələn ailə indi çörəyə möhtac qalıb
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Azərbaycanın qonşusu Gürcüstanda kredit ödənişləri 3 ay müddətinə dayandırılıb. Ermənistan hökuməti isə banklarla 404 milyon dollarlıq kredit ödənişlərinin dayandırılması haqda razılığa gəlib.

Müstəqil ekspertlər Azərbaycanda da kreditlər üzrə ödənişlərin bir neçə ay dayandırılmasını təklif edirdilər. Lakin Mərkəzi Bank açıqladığı paketdə bu təklifləri nəzərə almayıb.

XS
SM
MD
LG