Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:20

DTK zabiti prezident müşaviri olur, Putini söyən işdən qovulur


Canlı efirdə Putini söyən Giorgi Gabunia
Canlı efirdə Putini söyən Giorgi Gabunia

Tbilisidə avqustun 20-də keçirilən brifinqdə Rustavi-2 telekanalının yeni baş direktoru elan edib ki, teleşirkətin informasiya xidmətinin bir sıra əməkdaşları vəzifələrindən xaric ediləcək.

Onların arasında birbaşa efirdə Rusiya prezidenti Vladimir Putini təhqir edən teleaparıcı Giorgi Gabunia da var.

Telekanalın yeni rəhbərliyi bildirib ki, bu qərar sözü gedən əməkdaşların hərəkətlərində maraq toqquşmasının olması ilə bağlıdır.

Yeni rəhbərlik habelə xəbər xidmətinin başçısı Nodar Meladze və onun bir sıra əməkdaşlarını da vəzifələrindən kənarlaşdırrb.

Rustavi-2 telekanalının baş direktoru Paata Saliya deyib ki, işdən çıxarılan əməkdaşlar telekanal rəhbərliyinin maraqlarına zidd olan reklam kontraktları ilə bağlı ola bilərdilər.

Saliyanın sözlərinə görə, Rustavi-2 maraq toqquşmasına görə sözü gedən əməkdaşlardan təzminatın alınması üçün məhkəməyə müraciət edəcək.

Saliya deyib ki, Gabunia işdən məzuniyyətdən qayıdan kimi çıxarılacaq. Teleaprıcı bu xəbərlə bağlı hələlik heç bir şərh verməyib.

Onun birbaşa efirdə Putinin ünvanına səsləndirdiyi təhqirlər iki ölkə arasında siyasi qalmaqala səbəb olmuşdu. Jurnalist iki aylığına efirdən uzaqlaşdırılmışdı.

İyul ayında Avropa İnsan Haqları Məhkəməsi Rustavi-2 telekanalının keçmiş sahibi - biznesmen Kibar Khalvashi-dən qanunsuz alındığına dair qərar çıxarmışdı.

Avqust ayında Rustavi-2 telekanalının sahibi bildirmişdi ki, teleşirkətin böyük məbləğdə borcları yığılıb və o satışa çıxarılacaq.

Rustavi-2 telekanalının keçmiş baş direktoru Nika Gvaramia dərhal bildirmişdi ki, çox böyük ehtimalla telekanalın alıcısı hakim Gürcü Arzusu partiyasının lideri, milyarder Bidzina Ivanishvili olacaq.

Lakin müxalifət narahatdır ki, telekanal Moskvanın nəzarətinə keçə bilər.

“Keçmiş DTK əməkdaşı olmur”

Bu arada Gürcüstan prezidenti Salome Zurabishvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.

İctimaiyyət bu təyinatdan təsadüfən, prezident administrasiyasının əməkdaşları və hakim Gürcü Arzusu partiyasının nümayəndələri ilə görüş zamanı xəbər tutub.

Dmitri Lejava hakim partiyanın fəallarından biri olub. O Salome Zurabishvili-nin seçki kampaniyasında iştirak edib.

Ekspertlər bildirirlər ki, Lejava DTK-da 1983-cü ildən işləyib. O bu komitəyə Yury Andropovun sədrliyi dövründə gəlib.

Lakin Müdafiə və Təhlükəsizlik üzrə Vətəndaş Şurasının üzvü Teon Akubardiya bu təyinatla bağlı narazılığını ifadə edib.

O deyib ki, Gürcüstanda keçmiş DTK Ali Məktəbiində deyil, Qərbdə təhsiil almış çox sayda təhlükəsizlik eksperti var.

Mikheil Saakashvili-nin müxalif Vahid Millli Hərəkat partiyası isə bəyan ediib ki, bu təyinat ölkənin milli təhlükəsizliyi üçün hədədir.

Bəyanatda deyilir ki, “keçmiş DTK əməkdaşları olmur”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG