Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:07

Gürcüstan iqtidarı müxalifətin seçki islahatı tələbi ilə razılaşır


Archil Talakvadze ölkə konstitusiyası və Seçki Məcəlləsinə hakim Gürcü Arzusu partiyasının düzəliş təkliflərini təqdim edir

Gürcüstan parlamentinin spikeri Archil Talakvadze ölkə konstitusiyası və Seçki Məcəlləsinə hakim Gürcü Arzusu partiyasının düzəliş təkliflərini təqdim edib.

Talakvadze avqustun 5-də jurnalistlərə deyib ki, gələn ilin parlament seçkiləri proporsional sistemlə keçiriləcək. Bunu iyun ayında partiyanın lideri Bidzina Ivanishvili vəd etmişdi.

Seçki sisteminin qarışıq sistemdən proporsional sistemə keçirilməsini iyun-iyul aylarında etiraz aksiyalarına çıxan minlərlə müxalifətçi tələb etmişdi.

Təklif edilən düzəlişlərə görə siyasi partiyanın seçkidə iştirakının qeydiyyatı üçün 5 min imzanın təqdim olunması kafi sayılacaq.

Bundan başqa imzaların dəqiqləşdirilməsi proseduru sadələşdiriləcək.

Talakvadze deyib ki, bu, hakim partiyanın siyasi iradəsinin olduğunu və dəyişikliklərə hazırlığını göstərir, lakin bu mühüm siyasi islahatın həyata keçirilməsi üçün müxalifətin dəstəyinə ehtiyac var.

Ivanishvili hakim partiyanın seçki islahatına hazır olması barədə bəyanatı iyun ayında baş vermiş kütləvi etirazların ardınca vermişdi.

O vaxt baş vermis etirazlarda polisin rezin güllələrdən istifadə etməsi səbəbilə 240-dan çox insan xəsarət almışdı. Kütlə parlamentin binasına daxil olmağa cəhd göstərirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG