Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Gürcüstan müxalifəti Lavrovun ölkəyə planlaşdırılan səfərinə etiraz edir


Salome Zurabishvili və Sergei Lavrov
Salome Zurabishvili və Sergei Lavrov

Gürcüstan parlamentinin keçmiş vise-spikeri Tamara Chugoshvili Avropa Şurasının qarşıdan gələn iclasını Tbilisidə yox, Strasburqda keçirməyi təklif edib.

Xanım Chugoshvili bu bəyanatı Gürcüstan prezidenti Salome Zurabishvili-nin AŞPA tribunasından etdiyi çıxışa şərh olaraq səsləndirib.

Xanım Zurabishvili bu çıxışında bildirmişdi ki, Gürcüstan hakimiyyəti Rusiya nümayəndə heyətinin bu ölkəyə səfərinin baş tutması naminə ölkənin “işğal haqqında” qanununun üstündən adlamağa hazırdır.

Rusiya nümayəndə heyətinə Gürcüstanın icazəsi olmadan dəfələrlə Abxaziya və Cənubi Osetiyaya səfərlər etmiş Rusiya xarici işlər naziri Sergei Lavrov da daxil olmalıdır.

Gürcüstanın “işğal haqqında” qanunu Rusiyanın 2008-ci ildə bu ölkəyə hücumundan sonra, Abxaziya ilə Cənubi Osetiyanın Gürcüstandan qoparılması əleyhinə qəbul olunub.

Bu yaxınlarda Gürcüstanın müxalifət partiyaları bəyan ediblər ki, Lavrovun və Rusiya nümayəndə heyətinin Tbilisiyə səfər edəcəkləri təqdirdə kütləvi etiraz aksiyaları keçirəcəklər.

Onlar bildiriblər ki, “işğal haqqında qanunu” pozduqlarınına görə Gürcüstanın hazırkı prezidenti və baş nazirinə qarşı impiçment prosesinə başlana bilər.

Ötən ilin yayında Rusiya nümayəndə heyətinin Gürcüstana səfərinə və Dövlət Dumasının deputatı Sergei Gavrilovun Gürcüstan parlamentinin spikerinə məxsus kresloda oturduğuna görə Tbilisidə və Gürcüstanın başqa şəhərlərində kütləvi etiraz aksiyaları keçirilmişdi.

Polis bu etirazların qarşısını zorakılıqla almağa çalışırdı. Bəzi hallarda nümayişçilərə qarşı plastik güllələrdən istifadə olunmuşdu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG