Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:18

Gürcüstana Azərbaycandan keçməklə İrandan gələn şəxsdə koronovirus tapılıb


Ekaterine Tikaradze (solda) koronavirusa ilk yoluxma barədə xəbəri elan edir
Ekaterine Tikaradze (solda) koronavirusa ilk yoluxma barədə xəbəri elan edir

Gürcüstanda koronovirusa ilk yoluxma halı qeydə alınıb.

Rustavi-2 telekanalının saytında deyilir ki, bu barədə rəsmi məlumat Gürcüstan Müvəqqəti Köçkünlər, Səhiyyə və Sosial İşlər Nazirliyinin keçirdiyi xüsusi brifinqdə verilib.

Nazir Ekaterine Tikaradze bildirib ki, virusa yoluxmuş şəxs Gürcüstan vətəndaşıdır və ölkəyə Azərbaycandan keçməklə İrandan gəlib.

Sözü gedən kişinin xəstəxananın infeksion xəstəliklər bölməsinə yerləşdirildiyi xəbər verilir.

Bu da qeyd olunur ki, bu şəxs başqaları ilə yaxın təmasda olmayıb.

Bundan əvvəl Gürcüstan təhlükəsizlik mülahizələri ilə Çinlə birbaşa hava nəqliyyatını dayandırmışdı.

Bundan başqa Tbilisi İran vətəndaşlarının ölkəyə daxil olmasını iki həftə müddətinə qadağan edib.

İranda koronavirusdan ölənlərin sayı 19 nəfərə çatdı
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Fevralın 26-a olan məlumata görə İranda COVID-2019 virusu 139 nəfərə yoluxub. Bunlardan 19-u vəfat edib.

Bu arada Kavkazski Uzel saytı Gürcüstan Xəstəliklərə və İctimai Sağlamlığa Nəzarət Mərkəzinin başçısı Amiran Gamkrelidzeyə istinadən yazırdı ki,hazırda Tbilisidəki İnfeksion Xəstəliklər hospitalının xüsusi blokunda koronavirus şübhəlisi sayılan 10 nəfər saxlanır.

Gamkrelidze demişdi ki, bunlar Gürcüstan, İran, Azərbaycan və Çin vətəndaşlarıdır.

Bu da xəbər verilir ki, bundan əvvəl koronavirus yoluxması təsdiqini tapmayan 9 nəfər xəstəxanadan buraxılıb.

XS
SM
MD
LG