Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:07

Tbilisidə homoseksual mövzulu filmin premyerası etirazlara səbəb olub


Amirani kinoteatrının qarşısında yaşanmış səhnələrdən biri
Amirani kinoteatrının qarşısında yaşanmış səhnələrdən biri

Gürcüstanda bir neçə yüz ifrat sağçı fəal Oscar mükafatına nominasiya edilmiş Gürcüstan-İsveç birgə filminin paytaxt Tbilisidə keçirilən premyerasında etiraz aksiyası keçirib.

Homoseksual mövzulu bu filmin göstərilməli olduğu kinoteatrın qarşısına çox sayda polis gətirilmişdi.

Amirani kinoteratrının qarşısına yığılmış antigey etirazçılar “Yaşasın Gürcüstan”, “Ar olsun” şüarları səsləndiriblər. Bundan sonra pravoslav keşişinin duaları altında göyqurşağı bayrağı yandırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi bildirir ki, aksiya zamanı 11 etirazçı “polisə tabe olmadığına görə” həbs edilib.

İsveç tərəfindən ən yaxşı beynəlxalq bədii film kateqoriyasında Oscar mükafatına təqdim edilmiş “Və sonra biz rəqs etdik” adlı film Gürcüstan Milli Balet truppasının iki rəqqası arasında sevgi hekayətindən bəhs edir.

Dünya boyunca tənqidçilərin müsbət rəylərini qazanmış bu film Gürcüstanın Pravoslav Kilsəsi tərəfindən lənətlənib.

Kinoteatr filmə bileti olanları içəri buraxdıqdan sonra qapılar bağlanıb.

Filmin afişası
Filmin afişası

Hakim Gücüstan Arzusu partiyasından keçmiş nazir müavini Sandro Bregadze bu həftənin əvvəllərində bildirmişdi ki, onun rəhbərlik etdiyi Gürcü Yürüşü təşkilatı, onun təbirincə deyilərsə, “sodomoyanı təbliğ edən” bu filmin Tbilisidə nümayiş etdirləcəyinə imkan verməyəcyini bildirmişdi.

Filmin gürcü əsilli isveçli rejissoru Levan Akın noyabrın 8-də özünün Facebook səhifəsində yazıb:

"Bəzi ifrat sağçı qruplar və kilsə bu filmi lənətləyiblər və adamları zala buraxmayacaqları ilə hədələyiblər”.

Gürcüstan Daxili İşlər Nazirliyi bildirmişdi ki, “ictimai asayişi və özünüifadə azadlığını mühafizə edəcək”.

Gürcüstanda homoseksuallıq 1921-ci ildə ölkə Sovet İttifaqı tərəfindən ilhaq edildikdən sonra qadağan edilib və mühafizəkar Qafqaz ənənəli cəmiyyətdə hələ də həssas məsələ olaraq qalır.

Homoseksuallıq bu ölkədə 2000-ci ildən cinayət əməli sayılmırdı, 2006-cı ildə antidiskriminasiya qanunları qəbul edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG