Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:47

Gürcüstanda ‘danışılma matçlarla’ bağlı 11 futbolçu həbs edilib


Gürcüstanda matçların əvvəlcədən danışılmasında şübhəli bilinən 11 futbolçu həbs edilib. Onları həbsxana cəzalarının gözlədiyi xəbər verilir.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti mayın 20-də bildirib ki, 8 indiki və 3 keçmiş futbolçu ölkənin iki yüksək liqasında danışılmış matçlarla bağlı həbs olunub.

Oyunçulardan beşi Tbilisinin WIT Georgia klubunun üzləridir. Bu klub mayın 19-da 0-2 hesabı ilə Dinamo Batumi klubuna uduzub. Bu matç da hazırda təhqiq edilir.

Hakimiyyət orqanları bildiriblər ki, futboçularla bu sxemdən 34 min dollar qazanacaq “mütəşəkkil qrup” danışıb.

Bu danışıqların görüntüləndiyi iddia edilən video internetdə yayılıb.

Bu da xəbər verilir ki, sözü gedən futbolçuları 4 və 6 il arasında azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Gürcüstanın futbol federasiyası təhqiqatla əməkdaşlıq etdiyini bildirib.

İki dəfə Çempionlar Liqasının qalibi olmuş, hazırda isə Tbilisinin meri olan Kakha Kaladze matçların danışılmasını televiziya müsahibəsində kəskin tənqid edib:

"Bir keçmiş oyunçu kimi mənimçün belə hərəkətlər qəbuledilməzdir. Belə əməl törətmiş hər bir kəs cəzasını çəkməlidir. Bu idman deyil, bu başqa şeydir”.

XS
SM
MD
LG