Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:35

Gürcüstan rusiyalını ABŞ-a ekstradisiya edib


Vaşinqtondakı Rusiya səfirliyi
Vaşinqtondakı Rusiya səfirliyi

Rusiyanın ABŞ-dakı səfirliyi Gürcüstandan Birləşmiş Ştatlara ekstradisiya olunmuş rusiyalı kompüter proqramçısının həbsi ilə əllaqədar etirazını bildirib.

Rusiyalı Oleg Tishchenko F-15 qırıcı təyayrələrindən istifadə kitabçalarını və təlimat materiallarını ələ keçirməkdə ittiham edilir.

Oleg Tishchenko ittihamı rədd edir. O mayın 15-də Yuta ştatındakı federal məhkəməyə deyib ki, ona qarşı irəli sürülmüş qaçaqmalçılıq və qəsd ittihamlarını qəbul etmir.

Məhkəmə sənədlərindən görünür ki, Tishchenko-ya qarşı ittihamnamə hələ 2016-cı ilin iyununda tərtib və təsdiq edilibmiş.

F-15 qırıcı təyyarəsi
F-15 qırıcı təyyarəsi

Sənədlərdə bu da qeyd olunur ki, Tishchenko 2011-ci ildə bir Rusiya video oyununun forumunda ABŞ döyüş qırıcılarına dair materiallar axtardığını yazıb.

Məhkəmə sənədlərində adı çəkilməyən bir texaslının bu materialları ona göndərdiyi qeyd edilir. Media xəbərlərinə görə sözü gedən texaslı da əvvəlcə həbs edilmişdi, lakin sonradan sərbəst buraxılıb və ona qarşı ittihamlara xitam verilib.

Məhkəmə sənədlərində deyilir ki, Tishchenko qırıcılara dair bu materialları işlədiyi şirkətdə hazırladığı proqramın tərtibini yaxşılaşdırmaq üçün əldə edib. Onun işlədiyi şirkət başqa proqramlarla yanaşı həm də uçuş simulyatorları hazırlayır.

Bu da iddia edilir ki, Tishchenko sonralar başqa qırıcılara aid sənədləri də əldə edib və eBay saytı vasitəsilə “Kipr, Yaponiya, Hollandiya, Avstraliya, Almaniya və Tayvandakı” alıcılara satıb.

Tishchenko bu ilin martında bir rəqs festivalında iştirak etmək üçün Gürcüstana gəlmişdi. O burada Gürcüstanın hakimiyyət orqanları tərəfindən həbs edilərək ABŞ-a təslim edilib.

Vaşinqtondakı Rusiya səfirliyi Twitter vasitəsilə bu həbsə etiraz etdiyini bildirib:

"Biz Gürcüstandan ekstradisya edilmiş Rusiya vətəndaşı O. M. Tishchenko-nun həbsi ilə bağlıvəziyyəti yaxından müşahidə edirik. Burada ABŞ təhlükəsizlik orqanlarının onu tələyə saldığını göstərən aşkar əlamətlər var”.

Yuta ştatının Solt Leyk Siti şəhərindəki federal hakim məhkəmənin ilk iclasını avqustun 19-a təyin edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG