Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:27

Gürcüstan müxalifəti yeni etiraz aksiyalarını elan etdi


Zal Udumaşvili
Zal Udumaşvili

Gürcüstanda müxalifət partiyalarının liderləri bugünlərdə keçirilmiş parlament seçkisinin nəticələrinə yeni etiraz aksiyalarını elan edib.

Bundan əvvəl Birləşmiş Ştatlar və Avropa İttifaqı müxalifət və hakim Gürcü Arzusu partiyası arasında vasitəçiliyə cəhdlər göstərmişdi.

Gürcüstan Vahid Milli Hərəkat partiyasının liderlərindən Zal Udumaşvili deyib ki, noyabrın 14-ə təyin edilmiş etiraz mitinqinə bütün müxalifət partiyaları qoşulacaq.

Müxalifət bildirir ki, hakim Gürcü Arzusu partiyasına parlament mandantlarının üçdə ikisini vermis 31 oktyabr seçkisinin nəticələrini tanımır.

Bu arada “Avropa Gürcüstanı” partiyasının lideri Gigi Uqulava deyib ki, müxalifət öz etiraz aksiyasını noyabrın 17-18-də Tbilisinin mərkəzində keçirəcək.

Həmin günlərdə Gürcüstana ABŞ dövlət katibi Mayk Pompeonun səfəri gözlənilir.

Uqulavanın dediyinə görə, müxalifət fəalları və onların tərəfdarları Gürcüstan paytaxtı boyunca canlı zəncir quracaqlar.

Gürcüstan parlament seçkisində moskvayönlü milyarder Bidzina İvanişvilinin Gürcü Arzusu partiyası 48, 15 faiz səslə qalib olub.

Gürcüstan müxalifəti bu seçkidə səslərin 27 faizinə sahiblənib.

Müxalifət bildirir ki, yeni parlamenti boykot edəcək. İkinci dövrə səsvermə ölkənin 15 regionundakeçiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG