Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:29

Gürcüstan müxalifəti iqtidarı rusiyameylli olmaqda ittiham edir


Giorgi Gakharia
Giorgi Gakharia

Mayın 27-də Gürcüstan hökumətinin başçısı Giorgi Gakharia-nın çıxışı zamanı müxalifət parlamentin binası qarşısında kütləvi etiraz aksiyasına başlayıb.

Mitinq iştirakçıları baş naziri “rusiyayönlü siyasət yürütməkdə” və ölkənin “avroatlantik kursuna” xəyanətdə ittiham edirlər.

Fəallar habelə parlamentin həyətinə giriş darvazasını qırımızı rəngləməyə cəhd göstəriblər.

Onlar bildirirlər ki, bu, iqtidarın yadına 2019-cu ilin 20 iyununda müxalifətin etirazlarını qəddarcasına yatırmasını salmalıdır.

O vaxt paytaxt Tbilisidə polis və aksiya iştirakçıları arasında toqquşmalar baş vermiş, mitinqçilərə qarşı gözyaşardıcı qazdan və plastik güllələrdən istifadə olunmuşdu.

Gakharia öz çıxışında ölkədə koronavirus epidemiyası ilə bağlı vəziyyətdən və məhdudiyyətlərin tədricən aradan qaldırılması planlarından danışırdı.

Müxalifət baş naziri pandemiya ilə bağlı yüz minlərlə insanın işsiz qaldığı bir vaxtda real antiböhran planına malik olmamaqda günahlandırır.

Müxalifətin tələbi

Müxalifət deputatları habelə ötənilki etiraz aksiyalarının sərtliklə yatırılmasını xatırladıblar. Onlar hökumət başçısını “əliqanlı cəllad” adlandırıblar.

Onlar Gakharia-nı habelə müxalifətin “Əsas kanal” televiziyasının təsisçisi Giorgi Ruruanı həbsxanadan buraxmamaqda ittiham edirlər.

Gürcüstan parlamenti müxalifət tərəfdarlarının hücumuna 2019-cu ilin 21 iyununda məruz qalmışdı.

O vaxt müxalifət parlamentdə keçirilən tədbirdə Rusiya Dövlət Dumasının deputatı Sergei Gavrilov-un spikerin kürsüsündə oturmasına xaotik mitinqlə reaksiya vermişdi.

Polis müxalifət tərəfdarlarının parlamentə daxil olmasını önləmək məqsədilə etirazçılara qarşı sərt tədbirlərə əl atmışdı.

Bundan bir neçə gün sonra Gürcüstanın Baş Prokurorluğu bir neçə müxalifət liderinə cinayət işləri açmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG