Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:56

Gürcüstanda siyasi böhran: Qaxariya gedir, Qaribaşvili gəlir


İraklı Qaribaşvili
İraklı Qaribaşvili

Gürcüstanda hakim “Gürcü arzusu” partiyası İrakli Qaribaşvilini baş nazir elan edib.

Bundan bir neçə saat əvvəl Giorgi Qaxariya əsas müxalifət partiyasının lideri Nika Melianın həbsi barədə qərarın yaratdığı siyasi böhranla bağlı bu postdan istefa vermişdi.

Parisdə təhsil almış 39 yaşlı Qaribaşvili fevralın 18-də baş nazirin istefasınadək hökumət kabinetində müdafiə naziri postunu tuturdu.

Gürcüstanın Baş naziri istefa verir

Gürcüstanın Baş naziri Giorgi Qaxariya fevralın 18-də istefa verib. Bundan öncə isə ölkədə əsas müxalifət qüvvəsi sayılan Birləşmiş Milli Hərəkatın sədri Nika Melia barədə həbs qətimkan tədbiri seçilib.

Qaxariya istefasını Tbilisidə xüsusi brifinqdə açıqlayıb. O, məhkəmənin Meliaya qarşı qərarı məsələsində hakim koalisiya ilə razılaşmadığını bildirib.

“Vəzifədən getmək qərarı verdim. Əlbəttə, inanıram və inanmaq istəyirəm ki, bu addım ölkəmizdə siyasi sahədə qütbləşməni azaldacaq. Çünki əminəm ki, qütbləşmə və aramışdakı qarşıdurma ölkəmizin gələcəyi, iqtisadi inkişafı və bütün tip böhranların öhdəsindən gəlməsi üçün ən böyük riskdir”, – Qaxariya deyib.

Giorgi Qaxariya
Giorgi Qaxariya

Qaxariya deyib ki, Nikanın həbsi ölkədə siyasi böhranı daha da dərinləşdirə, vətəndaşların rifahına təhdid yarada bilər.

“Təəssüf ki, bu məsələ üzrə komandamla konsensusa gələ bilmədim. İstefa qərarı verdim”, – o deyib.

Baş nazirin istefasından sonra Daxili İşlər Nazirliyi bəyanat yayaraq Melianın saxlanmasının müvəqqəti təxirə salındığını bildirdi. O, 2019-cu ildə hökumət qarşı etirazlar zamanı “kütləvi zorakılığın” təşkilində ittiham olunur. Özü isə ittihamı siyasi motivli adlandırır.

***

Gürcüstanda məhkəmə müxalifət liderinin həbsinə qərar verib

Gürcüstanda məhkəmə ölkənin əsas müxalifət partiyasının lideri barədə həbs-qətimkan tədbiri seçib.

Müxalifət Birləşmiş Milli Hərəkatının (BMH) lideri Nika Meliaya qarşı məhkəmə işini “əcinnə ovu” adlandırır.

Nika Melia
Nika Melia

Tbilisi şəhər məhkəməsi fevralın 17-də prokurorluğun Melianın həbsi barədə vəsatətini təmin edib.

Gürcüstanın müxalifət partiyalarının liderləri və Melianın tərəfdarları BHM-in Tbilisidəki qərargahının qarşısına toplaşaraq polisə həbs-qətimkan tədbirinin icrasında mane olacaqlarını bildiriblər.

ABŞ səfirliyi bu hökmdən sonra Gürcüstan hakimiyyətini və müxalifəti maksimum təmkin nümayiş etdirməyə çağırıb.

ABŞ səfirliyinin Twitter hesabından yayılan postda deyilir ki, “zorakılıq yalnız Gürcüstanda stabilliyin pozulmasını istəyənlərn xeyrinədir”.

Melia 2019-cu ilin antihökumət aksiyalarında “kütləvi iğtişaş” törətməkdə ittiham olunur.

Müxalifət lideri bu ittihamın siyasi motivli olduğunu bildirir.

Hakim Gürcü Arzusu partiyası bu iddianı rədd edir.

Əgər təqsirli bilinərsə 41 yaşlı Melianı 9 ilədək həbsxana cəzası gözləyə bilər.

“Gürcüstan demokratyası üçün təhlükəli yol”

Bu məhkəmə qərarından əvvəl Gürcüstanda oktyabrda keçirilmiş seçki sonrası böhran yaşanırdı.

Müstəqil müşahidəçilər seçkidə çoxsaylı pozuntulara yol verildiyini bildirirdilər.

Bütün müxalifət deputatları parlamenti boykot edir və mandatlarını almaqdan imtina edirlər.

Məhkəmənin qərarından əvvəl Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Hartzell Melianın mühakiməsini “Gürcüstan və Gürcüstan demokratiyası üçün təhlükəli yol” adlandırmışdı.

Hartzell demişdi ki, bu məhkəmə işi ölkənin siyasi landşaftında və onun inkişafında mənfi iz buraxacaq.

Fevralın 16-da Gürcüstan parlamenti Melianın deputat toxunulmazlığının ləğvinə səs verib.

Bu, onun məhkəməyə qədər həbs olunmasına imkan yaradıb.

Müxalifət liderinə qarşı məhkəmə onun zaminə buraxılması qiyməti 40 min lariyə (12 min dollar) qaldırıldıqdan sonra başlanıb. Melia bu pulu ödəməkdən imtina edib.

Zamin pulu Melia seçkidən sonra keçirilən aksiyalarda polis tərəfindən bağlanmış elektron müşahidə bilərziyini açdığına görə artırılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG