Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:08

Gürcüstan Azərbaycandan dizel idxalını dayandıra bilər


Gürcüstan Azərbaycandan dizel yanacağının idxalını dayandıra bilər.

Bu, ölkənin dizel yanacağını Rusiyadan alacağı gözlənilir.

Azərbaycan mediasında yazılanlara görə, bu barədə bir neçə gün əvvəl Gürcüstandakı Neft İdxalçıları Birliyinin təşkil etdiyi seminarda bildirilib.

Səbəb kimi isə 2020-ci ilin yanvarın 1-dən Gürcüstanda "Avro-4" standartlı dizel yanacağına qadağa qoyulması göstərilir. Həmin tarixdən ölkədə yalnız "Avro-5" standartına cavab verən dizel yanacağından istifadə ediləcəyi qeyd olunur.

Turan” İnformasiya Agentliyinin xəbərinə görə, SOCAR-ın ictimaiyyətlə əlaqələr idarəsindən İbrahim Əhmədov da 2020-ci ildən Gürcüstanın Azərbaycandan dizel yanacağı idxalını dayandıracağı barədə məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, Azərbaycandan dizel yanacağının idxalı Gürcüstan hökümətinin qərarı əsasında dayandırılacaq:

"Qeyd edim ki, Azərbaycan tərəfi özü də əvvəlki illərdə dizelin ixracını əhəmiyyətli dərəcədə azaltmışdı. Bu isə daxili bazarımızda son illərdə müşahidə olunan ciddi tələbat ilə bağlıdır".

İbrahim Əhmədov vurğulayıb ki, hazırda SOCAR Gürcüstanla yanaşı bir çox digər ölkələrə də neft məhsulları və dizel yanacağını ixrac edir:

"Mövcud satış şəbəkəmizdən istifadə edərək, biz gələcəkdə sərbəst qalan dizel həcmlərini həmin bazarlara yönəltməyi və oradakı iştirakımızı artırmağı planlaşdırırıq".

İbrahim Əhmədovun vurğulamasına görə, ötən illərin təcrübəsi artıq göstərib ki, həmin bazarlara daha böyük həcmdə dizel məhsulunun çıxarılması üçün yetərli potensial mövcuddur.

Hal-hazırda Gürcüstan dizel yanacağını əsasən Azərbaycandan idxal edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG