Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Gözəgörünməz uzun planın gücü


Steven Spielberg və xanımı Kate Capshaw
Steven Spielberg və xanımı Kate Capshaw

Uzun plan üsulu kinematoqrafiyada ən çox sevilən üsullardan biridir. Bəzi rejissorlar ondan görünüş, tərz seçimi kimi istifadə edir, digərləri isə onu çəkdikləri filmin məzmununun ayrılmaz parçası kimi görür.

“Etiraf edək ki, bəzi rejissorlar kadrları daha az montaj etmək üçün bu üsula müraciət edir. Ancaq səbəb nə olursa-olsun, …yaxşı uzun plan çox dərin təəssürat buraxır”, – Film School Rejects bloqu yazır.

Uzun plana misal olaraq Martin Scorsese-nin “Goodfellas” (Yaxşı oğlanlar) filmindəki məşhur və olduqca mürəkkəb restoran səhnəsini, yaxud da rejissor Alejandtro Gonzalez Inarritu-nun film portfoliosunu, xüsusən də bütöv bir uzun kadr kimi görünən “Birdman” filmini misal göstərə bilərik.

Spielberg-in uzun planı

“Every Frame a Painting” adlı YouTube kanalında video esseçiləri Taylor Ramos və Tony Zhou uzun planın mədəniyyət və tərz baxımından əhəmiyyətini vurğulayıblar. Onlar bu videoda qeyri-adi bir nümunəyə - Steven Spielberg-ə fokuslanıblar.

Ramos və Zhou uzun plan texnikasını sadə dildə izah ediblər:

“Bu, bütöv bir səhnəni tək, kəsilməmiş kadrda yaratmaqdan ibarətdir”. “Kamera hərəkət edir, personajlar hərəkət edir. Burada yalnız bir qayda var: kəsmək yoxdur”, – bloqda deyilir.

Daha sonra Ramos və Zhou öz videolarında bu üsulun tarixi haqda danışırlar və göstərirlər ki, 40, 50 və 60-cı illərdə uzun plan ən çox istifadə olunan üsul olub.

Orson Welles-in 1958 ci ildə çəkdiyi “Şeytanın toxunuşu” (Touch of Evil) filminə qədər uzun plan tamaşaçı və tənqidçilərin sezdiyi üslub jesti yox, adi texnika idi.

Ramos and Zhou deyirlər ki, müasir uzun planlar arasında ən çox təəssürat yaradan kadrlar ilk baxışdan görünməyən nümunələrdir.

Bir çox rejissorlar uzun kadrlarda özlərinin ticarət markasına çevirdikləri üsullardan istifadə edirlər. Spielberg-in uzun planları isə yalnız və yalnız hekayənin gedişatına yardım etmək məqsədi daşıyır.

Ramos və Zhou-nun “Spielberg-in uzun planı” adlandırdıqları şey görünmək üçün yaradılmasa da, səhnə arxasında ideal koordinasiya olunur və əvvəldən planlaşdırılmasına çoxlu enerji sərf edilir. Spielberg uzun plandan hadisələrin tamaşaçının gözü qarşısında, bir növ real vaxtda açılmasını göstərmək, səhnənin gərginliyini artırmaq üçün istifadə edir.

Tarkovsky örnəyi

Maraqlıdır ki, Andrei Tarkovsky-nin 1986-cı illdə çəkdiyi “Qurban” (The Sacrifice) bədii filmində Spielberg-in planlarına çox bənzəyən uzun kadr var. Məqalənin müəllifinə görə, bu heyrətamizdir, çünki Tarkovsky digərləri ilə müqayisədə tərz və üsluba daha çox fokuslanan rejissordur.

“Tarkovsky-nin uzun planı parlaqlığın zirvəsi, kinematoqrafiyanın teatr estetikası olmalı idi, amma deyil”, – yazıda deyilir.

Bu səhnədə məqsəd yoxdur. “Və bu məqsəd bilavasitə bu səhnənin görünməzliyində və məqsədsizliyindədir”, – müəllif yazır.

Spielberg öz səhnələrinə tamaşaçının gözü qarşısında açılmaq imkanı verir. Tarkovsky isə “Qurban”da ilk baxışdan əhəmiyyətsiz, ancaq mühüm tematik əhəmiyyət daşıyan bir səhnənin davam etməsinə imkan verir.

Ramos və Zhou uğurlu uzun planın sirlərindən də danışıblar. Onlardan biri kameranın hərəkəti izləməsidir. Tarkovsky açılış səhnəsində bu qaydaya sadiqdir. Kamera personajları kadrın mərkəzində saxlamağa çalışır. Personajlar kameraya yaxınlaşanda kamera bu hərəkətə uğunlaşmağa çalışır. Konkret olaraq bu uzun plan üçün bu, son dərəcə vacibdir.

Ramos və Zhou-nun qeyd etdiyi digər vacib məsələ fondur. Spielberg “Çənələr” (Jaws) filmində kreativlik göstərərək səhnəni bərədə çəkir. Bununla da kameranı statik saxladığı halda fonun davamlı dəyişməsinə nail olur. Tarkovsky də bu tərzə müraciət edir, ancaq Spielberg-dən fərqli olaraq onun işində bu nəzərə çarpır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG