“Göyçay çayı üzərində körpünün açılışı bu gün, iyunun 20-də və ya 21-də ola bilərr”.
Bunu Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,rayon Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev bildirib.
O, deyib ki, körpünü Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyi və “Körpübinatikinti”açıq səhimdar cəmiyyəti (ASC) tikib:
“Körpünün tikintisi 18 gün çəkdi, öncə su axınının istiqaməti dəyişdirildi, beton istinad divarı quruldu və bundan sonra uzunluğu 76, eni 11,5 metr olan körpünün tikintisi başlandı.İni də açılışa hazırlaşırıq”.
Xatırlatma
Leysan yağışlar nəticəsində iyunun 2-də Göyçay çayında suyun səviyyəsi və axın sürəti çay üzərindəki körpünü uçmasına səbəb olmuşdu.
Nəticədə Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb. Sürücülər alternativ olaraq Göyçay-Ucar-Kürdəmir-Bakı yolundan istifadə edirlər.
Bununla da şəhərin bir hissəsinin, həmçinin 30-dan çox kəndin rayon mərkəzi ilə birbaşanəqliyyat əlaqəsi kəsilib.