Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:42

Gömrük polkovniki 350 manat rüşvətə görə hakim önündə


Gömrük. Foto arxiv
Gömrük. Foto arxiv

Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, polkovnik-leytenant Namiq Əsədov məhkəmə qarşısına çıxarılıb. O, 350 manat rüşvət almaqda suçlanaraq həbs olunub.

İddia olunur ki, N.Əsədov «Bakı Yük» MMC-nin meneceri Rüfət Əliyevdən rüşvət alıb. Bu pulla o, Almaniyadan «Liebherr-Azeri LLC» MMC-yə göndərilən malların (kranlar üçün yağ) gömrük rəsmiləşməsini tezləşdirəcəkmiş. İttihamda yazılıb ki, menecer ondan tələb olunan pulu verməyə razılaşsa da, bu haqda sonradan Gömrük İdarəsinə şikayət edib.

Amma polkovnik özünü təqsirli bilmir. Deyir ki, nə kimdənsə pul istəyib, nə də alıb: «Üç maşın malları gəlmişdi. Onlardan birinin gömrük ödənişi sistemə oturmuşdu, onu buraxdım. Bir gün sonra sistemə baxdım ki, o biri ikisi də oturub, onları da buraxdım».

İttihamda yazılıb ki, pulu N.Əsədov özü gedib almayıb, İsmayıl Əliyev adlı başqa bir tanışını göndərib. O da bunu təsdiqləyir: «Namiq müəllim dedi ki, bir nəfər səninlə əlaqə saxlayacaq, bir şey verəcək».

Gömrük işlərində nəyi dəyişərdiniz?
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

350 manat rüşvət verdiyi iddia olunan R.Əliyev deyir ki, malların təkrar laboratoriyadan keçirilməməsindən ötrü buna razılaşıb: «Bizim mallar gömrükdən çıxarılanda maliyyə inspektoru kimi Namiq Əsədov təyin edildi. Namiq Əsədov dedi ki, yükü laboratoriyaya göndərmək lazımdır. Mən isə bildirdim ki, yük artıq laboratoriyadan keçib və eyni mallardır. Dedi ki, mümkün deyil, yenidən laboratoriyaya göndəriləcək. Bu da bizə sərf eləmirdi, çünki hər maşına görə gömrükdə qalacaq bir gün üçün əlavə 150 dollar ödəmək lazım idi. 350 manat istədi. Biz onunla dəhlizdə söhbət edəndə bir nəfər gəldi. Onu göstərib dedi ki, pulu bu adama verəcəksən. Pulu verəndən sonra şikayət etmək qərarına gəldim...».

Təqsirləndirilən polkovnik isə deyilənləri təsdiqləmir.

N.Əsədov CM-in 311.1 (rüşvət alma) maddəsiylə ittiham olunur. Bu maddədə 4 ildən 8 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG