Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Dünya Kubokunun maraqlı rəqəmləri


Yury Gazinsky və yoldaşları Səudiyyə ilə oyunda ilk qolun sevincini yaşayırlar
Yury Gazinsky və yoldaşları Səudiyyə ilə oyunda ilk qolun sevincini yaşayırlar

Futbol üzrə 21-ci Dünya Kuboku çempionatının ilk oyununda Rusiya yığması Səudiyyə Ərəbistanı üzərində 5-0 hesabı ilə qələbə qazanıb.

Çempionat bir aydan da uzun müddətdə davam edərək iyulun 15-də başa çatacaq.

Bu çempionatda 32 milli yığma 32 gün ərzində 64 matçda yarışacaq.

Oyunlar 2900 kilometrlik məsafədə yerləşən 11 şəhərin 12 stadionunda keçiriləcək.

Rusiyada keçirilən çempionata dair başqa maraqlı rəqəmlər də var:

2,424

Bu, çempionatın ən qərbdə yerləşən stadionu (Kalininqrad) ilə ən şərqdə yerləşən stadionu (Yekaterinburq) arasındakı məsafədir.

2

Builki dünya çempionatı eyni vaxtda 2 qitədə - Avropa və Asiyada keçirilir.

2,500,000+

Çempionatın matçlarına satılan biletlərin sayıdır.

88,825

1986-cı ildən bəri ilk dəfə olaraq Dünya Kuboku yarışlarında iştirak etməyən Birləşmiş Ştatlarda bu çempionatın matçlarına məhz bu sayda bilet satılıb.

Bu, Rusiyadan sonra ən çox bilet satılmış ikinci ölkədir. Üçüncü yerdə Braziliyadır.

1

Bu, birinci dünya çempionatıdır ki, burada hakim irqçi insidentlərə görə oyunu dayandıra və hətta bağlaya bilər.

892

İyulun 15-də Lujniki stadionunda oynanacaq final matçına biletin qiyməti avro ilə məhz bu qədərdir. Dörd il əvvəl Braziliyada keçirilən finalın bileti 730 avroya idi.

75,000

Rusiyada çempionatın simvolu olan Zabivakaya hörmətsizlik etdiyinə görə saxlanmış qadına dəstək olaraq toplanmış imzaların sayı bu qədərdir.

33

Hakimlərə Video Yardımı göstərən sistemdə məhz 33 kamera var. Bu sistem builki çempionatda ilk dəfə olaraq tətbiq edilir. Oyunların gedişində Moskva yaxınlığında yerləşən videomərkəzdə oturan 4 hakim meydançadakı üç hakimə texniki dəstək verəcək.

35,000

Rusiyada keçirilən dünya çempionatında çalışan könüllülərin sayıdır. Bunlardan 17 mini FIFA, 18 mini çempionat matçları keçirilən şəhərlərin hakimiyyətləri tərəfindən cəlb olunub.

4

FIFA bu çempionatda bir matç ərzində dörd dəyişməyə icazı verir, lakin o şərtlə ki, matça vaxt əlavə edilmiş olsun.

9

Çempionata rəsmi nümayəndə heyətlərini göndərməməyi qərara almış ölkələrin sayıdır. Britaniya keçmiş casusun zəhərlənməsində Moskvanı ittiham etdiyinə görə bu çempionata rəsmi heyət göndərməyib. Bu insidentə etiraz edən daha doqquz ölkə Londondan nümunə götürüb.

1,000,000+

Rusiya hökumətinin çempionatdan əvvəl sahibsiz it və pişiklərin məhv edilməsinə dair qərarına etiraz petisiyasını imzalayanların sayıdır.

21

Dünya çempionatı stadionlarının tikintisində ölmüş inşaatçıların sayıdır.

5

Ən çox (5 dəfə) çempion olmuş ölkə Braziliyadır (1958, 1962, 1970, 1994 və 2002)

12

Dünya Kubokları tarixində bir matçda vurulmuş rekord sayda qollar bu qədər olub. 1954-cü ildə keçirilən dörddə bir final matçında Avstriya 7, İsveçrə 5 qol vurmuşdu.

334,000

Dünya Kubokunda komandası yarışan ən azsaylı xalq (334 min) İslandiyadır.

17 yaş 41 gün

Bu Rusiyada keçirilən dünya çempionatının ən gənc iştirakçısının yaşıdır. (Şimali İrlandiya komandasının oyunçusu Norman Whiteside-ın 1982-ci ildə 17 yaşı vardı).

45 yaş, 5 ay

Ən yaşlı iştirakçısı bu çempionatda qeydə alınır. Misir yığmasının oyunçusu Essam El-Hadary-nin yaşı 45-I keçib.

13

Bir oyunçu tərəfindən çempionat ərzində vurulmuş qolların rekord sayı. 1958-ci ildə fransız Just Fontaine 13 qol vurub.

5

Dünya çempionatının bir matçında bir oyunçu tərəfindən vurulmuş qolların rekord sayı. Rusiya futbolçusu Oleq Salenko 1994-cü ildə Kamerunla oyunda 5 qol vurub.

XS
SM
MD
LG