Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:24

Futbol oyunlarına görə güzəştlər…


Bakı Olimpiya stadionu
Bakı Olimpiya stadionu

Azərbaycan keçiriləcək UEFA 2019 Avropa Liqasının final və 2020-ci il futbol üzrə Avropa Çempionatının bəzi oyunları ilə əlaqədar vergi, gömrük güzəştləri və azadolmalarının tətbiqindən ötrü təsdiqedici sənədin verilməsi qaydası təsdiq olunub.

AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı bu gün mayın 16-da fərman imzalayıb.

Bu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına ( AFFA) hüquqi və fiziki şəxslərə sözü gedən oyunlarla bağlı vergi, gömrük güzəştləri və azadolmalarının tətbiqindən ötrü təsdiqedici sənəd verməsi qaydasını müəyyən edir.

Təsdiqedici sənəd yalnız qanunvericiliklə nəzərdə tutulmuş şəxslərə verilir. Onun verilməsi üçün malların təqdim edilməsi, işlərin, xidmətlərin göstərilməsi və malların idxalı ilə əlaqədar nəzərdə tutulan şəxslərin siyahısını Avropanın ali futbol təşkilatı - UEFA təsdiq etməli, elektron qaydada AFFA-ya göndərməlidir.

Bu sənəddə onun verildiyi şəxslərə dair bir sıra məlumatlar yer almalıdır. Fiziki şəxsdirsə bura adı, atasının adı, soyadı, fərdi identifikasiya nömrəsi, futbol klubunun oyunçusu və ya işçisi olmasına dair məlumatlar daxildir. Hüquqi şəxsdirsə adı, qeydiyyatda olduğu ölkədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı və başqa məlumatlar istənilir.

Təsdiqedici sənədin formasını AFFA təsdiq edir.

Güzəştlər 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədədir.

Həmin güzəştlərin əks olunduğu qanunların qüvvəyə minməsi ilə da bağlı prezident İlham Əliyev uyğun fərmanlar imzalayıb.

Güzəştlər həmin oyunlarla bağlı malların idxal gömrük rüsumundan azad edilməsindən və bəzi gəlirlərin vergidən azad edilməsindən ibarətdir.

Xatırlatma

Bu il mayın 29-da Bakıda UEFA Avropa Liqasının final qarşılaşması olcaq. Finalçılar London təmsilçiləri “Chelsea” və “ Arsenal” klublarıdır.

Bundan başqa 2020-ci ildə gerçəkləşəcək futbol üzrə Avropa Çempionatının bəzi oyunları da Azərbaycanda keçirilməlidir.

XS
SM
MD
LG