Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:25

Azərbaycan futbol çempionatlarının oyunları təxirə salınıb


İllüstrasiya
İllüstrasiya

Azərbaycan futbol çempionatlarının bəzi oyunları təxirə salınıb.

Bununla bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev martın 13-də əmr imzalayıb.

Bu barədə Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.

Əmr I Divizionun XX, Premyer Liqanın XXI, XXII turlarını əhatə edir:

Bu qərar son günlər koronavirusun dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin bu təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salması və Azərbaycanda virusla mübarizə ilə izah edilir:

“Təxirə salınmış turların keçiriləcəyi tarix barədə qarşıdakı günlərdə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yerləşdiriləcək”.

3 gün əvvəl isə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I Divizionun XIX, XX, Premyer Liqanın XXI, XXII turlarının azarkeşsiz keçirilməsi haqqında əmr imzalamışdı.

Azərbaycanda koronovirus təhlükəsi ilə bağlı martın 27-nə kimi orta və ali məktəblərdə dərslər dayandırılıb. Habelə mart ayında nəzərdə tutulan Novruz şənlikləri ləğv edilib.

Dünən, martin 12-də Azərbaycanda koronavirusa yoluxmuş bir şəxsin vəfat etdiyi açıqlanmışdı. Bu virusa ölkədə yoluxanların sayının 19-a çatdığı bildirilib.Onlardan birinin öldüyü, üçün isə sağalaraq evlərinə buraxıldığı vuğulanıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb.

Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan isə bəzi qonşu ölkələrdən bir qədər gec - yalnız fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb. Bu müddət sonra da daha 2 həftə uzadılıb.

Hazırda əsasən İran və İtaliyadan qayıdan yüzlərcə şəxsin koronavirus şübhəsi ilə Azərbaycanda karantinə alındığı söylənir.

Son bir neçə ayda dünyada bu virusdan 5 min civarında şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.

XS
SM
MD
LG