Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 08:38

Nicola Sarkozy Qətərdən rüşvət almaqda şübhəli bilinir


Nicola Sarkozy

Fransa prokurorluğu ölkənin keçmiş prezidenti Nicola Sarkozy-ə qarşı istintaq işinə başlayıb. O, 2022-ci ildə futbol üzrə Dünya çempionatına ev sahibliyi etməsi üçün Qətərdən rüşvət almaqda şübhəli bilinir. Bu barədə The Telegraph məlumat yayıb.

Müstəntiqlər hesab edirlər ki, Qətərin nümayəndələri Sarkozy-yə pulu «Pari Sen-Jermen» Paris futbol klubu ilə Qətərdən olan şeyxlər arasında satış razılaşması edilən zaman veriblər.

Prokurorluqdan bildirilir ki, razılaşma futbol üzrə çempionatın keçiriləcəyi ölkəni seçən məmurlara 180 milyon avro qazandıra bilər.

Bu ilin aprelindən Fransa prokurorluğu futbol üzrə 2018 və 2022-ci il Dünya Çempionatlarına ev sahibliyinin alınması ittihamını araşdırır. 2018-ci il Dünya Çempionatı Rusiyada, 2022-ci il isə Qətərdə keçiriləcək.

Əgər iddialar təsdiqlənərsə, keçmiş dövlət başçısı həbs oluna bilər.



Günün bütün mövzuları

XS
SM
MD
LG