Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:21

Fuad Qәhrәmanlı polisdə xəbərdarlıq aldığını deyir


Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

Azәrbaycan Xalq Cәbhәsi Partiyasının (AXCP) sәdr müavini, bu il prezidentin əfv sərəncamı ilə azadlığa çıxan Fuad Qәhrәmanlı bu gün, mayın 16-sı Bakı Baş Polis İdarәsinә çağırılıb.

AzadlıqRadiosuna bu barәdә Fuad Qәhrәmanlının özü məlumat verib.

Rәsmi çağırış vәrәqi ilә İdarәyә getdiyini deyən siyasәtçi vurğulayıb ki, vәrәqәdә sәbәb göstәrilmәyib.

İdarәdәn qayıtdıqdan sonra isə o, bildirib ki, çağırılmasının sәbәbi onun çıxışları vә yazılarıdır:

“Mәni Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İctimai Tәhlükәsizlik İsarәsinin rәisi Nurlan Mәmmәdxanlı qәbul etdi. Bir saata yaxın davam edәn görüşdә mәnә xәbәrdarlıq edildi ki, yazılarımda, ayrı-ayrı çıxışlarımda sәslәndirdiyim fikirlәr dövlәtçilik vә hüquqi baxımından qәbulolunmazdır”.

Fuad Qәhrәmanlı vurğulayıb ki, ittihamları qәbul etməyib vә çıxışlarında qanuna zidd heç bir mәqam olmayıb:

“Mәn onların nәzrinә çatdırdım ki, sәrbәst toplaşma azadlığına qoyulan qadağalar, insan haqqları sahәsindә mәhdudiyyәtlәr cәmiyyәtdә ciddi problemlәrә yol aça bilәr”.

Müxalif siyasətçinin bu açıqlamasına, hələlik, Bakı Şәhәr Baş Polis İdarәsi vә Daxili İşlәr Nazirliyindәn münasibәt öyrәnmәk mümkün olmayıb.

Bakı Şəhər İcra Hakimiyyəti və başqa rəsmi qurumlar AXCP-nin daxil olduğu Milli Şuranın mitinqlərinə icazə verilməməsini isə bu qurumun son aksiyasında (2019-cu il mayın 19-u) qanunvericilyin tələbinin pozulması ilə izah edirlər. Hərçənd, Milli Şura bunu əsassız bəhanə sayır.

Xatırlatma

Fuad Qəhrəmanlı Nardaran hadisələri ilə bağlı yazdığı statuslara görə, 2015-ci ildə həbs edilmişdi.

O, Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham edilərək, 10 il azadlıqdan məhrum edilmişdi.

2019-cu il martın 16-da əfv sərəncamı ilə azadlığa çıxan Fuad Qəhrəmanlı ittihamları qəbul etmirdi.

2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi Bakının Nardaran qəsəbəsində əməliyyat keçirmişdi. Həmin hadisədə 2 polis olmaqla 6 nəfər həlak olmuşdu.

“Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Bağırov və daha 70 civarında şəxs həbs edilmişdi. Onlar qətil, dövlət çevrilişinə cəhd, dini nifaq salma və başqa cinayətlərdə ittiham edilərək mühakimə olunublar.

Mühakimə edilənlərə 20 ildən 1 il 6 aya qədər həbs cəzaları verilib. Amma həbs edilənlər ittihamları qəbul etmirlər.Həmin şəxslər polisləri də onların öldürmədiklərini söyləyiblər.

XS
SM
MD
LG