Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 23:54

Fuad İsmayılov yenidən həbs olunub (VIDEO)


Fuad İsmayılov

Bugün, mayın 22-də ictimai fəal Fuad İsmayılov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə iki ay müddətinə inzibati qaydada həbs olunub.

O, İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə günahlandırılıb.

Fuad İsmayılovun yaxınları AzadlıqRadiosuna bildirib ki, məhkəmə prosesində o özünü təqsirli bilməyib. Onun məhkəmədən aparılarkən isə şərlə üzləşdiyini bildirdiyi söylənir. "Polisdə əvvəl barəmdə bir protokolu tərtib etdilər, sonra protokolu dəyişiblər. Narkotik isə cibimə polislər atıb", deyə verilən məlumata görə, o, vurğulayıb.

Onun açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər bir qayda olaraq deyirlər ki, Azərbaycanda heç kim dinc siyasi fəaliyyətinə görə həbs edilmir.

Xatırlatma

Bu, onun İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə ikinci inzibati həbsdir.

Fuad İamayılov Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısındakı divara bu qurumun rəhbərinə etirazini bildirən şüar yazmışdı.

Sonra martın 7-də İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada həbs olunmuşdu. O məhkəmədəbildirmişdi ki, narkotik ittihamı yalandır, marixuananı Suraxanı rayonu, 32-ci polis bölməsində onun cibinə polislərin özü atıb.

Fuad İsmayılovun bildirdiyinə görə, həbs olunarkən Suraxanı Rayon 32-ci polis bölməsində işgəncələrə də məruz qalıb

Daxili İşlər Nazirliyi isə Azərbaycanda polis orqanlarında işgəncə verilməsi barədə iddiaları, təkzib edir.

Bu il fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçirilmişdi.

XS
SM
MD
LG