Keçid linkləri

2017, 21 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:50

Vəkil: 'Fuad Əhmədli ilə bağlı istintaq aparılmır'


Fuad Əhmədli

«Fuad Əhmədlinin səhhətində problemlər var, ciddi müalicə alması gərəkdir».
Bunu AzadlıqRadiosuna həbsdə olan AXCP üzvü Fuad Əhmədlinin vəkili Əshabəli Mustafayev bildirib. O, sentyabrın 29-da F.Əhmədli ilə görüşüb.

Vəkilin deməsinə görə, F.Əhmədlinin həbsindən ay yarıma qədər vaxt keçməsinə baxmayaraq, hər hansı istintaq hərəkəti aparılmır: «Həbsdən sonrakı ilk iki günü istisna etsək, indiyə kimi heç bir istintaq hərəkəti aparılmayıb», -deyə vəkil bildirib.

Fuad Əhmədli bu il avqustun 18-də saxlanıb. O, Cinayət Məcəlləsinin 302.1-ci (axtarış-əməliyyat tədbirlərini pozmaq) və 308-2-ci (səlahiyyət həddini aşmaq) maddəsi ilə ittiham edilir. F.Əhmədli «Aztelekom»da operator vəzifəsində çalışıb. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Üstəlik, istintaq orqanlarının iddiasına görə, F.Əhmədlinin yaşadığı evdə axtarış aparılan zaman oradan bu il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırılan Fethullah Gülen-in əsərləri tapılıb. Vəkil isə bütün ittihamları rədd edir. AXCP-nin yaydığı bəyanatda bildirilirdi ki, hakimiyyət Fethullah Gülen amilindən öz rəqiblərini vurmaqdan ötrü istifadə edir.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-in özü də Türkiyədə dövlət çevrilişini himayə etməsi ilə bağlı iddiaları yalanlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG