Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:32

ABŞ Rusiyaya “görk olsun deyə” qazax hakerə ağır cəza istəyir


ABŞ hakimiyyət orqanları Qazaxıstanda dioğulmuş kompüter hakerinə 8 ilədək həbsxana cəzası istəyir. Vaşinqton bununla da Rusiyanın əsas kəşfiyyat orqanı olan Federal Təhlükəsizlik Xidmətinə (FTX) kibercasusluq və şpionaj xəbərdarlığı mesajı vermək niyyətindədir.

Karim Baratov haqqında hökm aprelin 24-də San Fransisko məhkəməsində oxunmalıdır.

ABŞ prokurorlarının ittihamnaməsi FTX-nin parolların və e-mail-lərin oğurlanmsında hakerlərdən istifadə etməsinə işıq salır.

Qazaxıstanda doğulmuş Baratov həbs edilənədək Kanadada yaşayırdı. O Yahoo-nun serverlərinə haker müdaxiləsi etdiyini etiraf edib. Tarixdə ən böyük haker müdaxiləsi nəticəsində 100 milyonlarla istifadəçi təsirlənib.

Rusiya hakerləri FTB-nin axtrarış bildirişində
Rusiya hakerləri FTB-nin axtrarış bildirişində

Məhkəməyə qədər təqsirin etiraf edilməsi sazişinə girən Baratov Yahoo-ya hücumun araşdırlmasında prokurorlarla əməkdaşlıq edəcəyini bildirib.Bu işlə bağlı FTX-nin iki zabitinə və FTB-nin axtarış siyahısında olan başqa bir hakerə qarşı da cinayət işləri qaldırılıb.

Məhkəməyə təqdim etdikləri materiallarda San Fransiskonun federal prokurorları bildirirlər ki, Baratov Yahoo-nun serverlərinə, hardasa 2014-cü ilin yanvarı və 2016-cı ilin dekabrı arasında FTX zabitlərininin qəsdinin çərçivəsində müdaxilə edib.

Baratov-un özü deyir ki, onu haker müdaxiləsi üçün kirayələyən şəxsləri tanımır.

Məhkəmə sənədlərində adları çəkilən iki FTX zabitindən biri vaxtilə bu qurumun İnformasiya Təhlükəslziyi Mərkəzində işləmiş Dmitri Dokuçayevdir.

2016-cı ilin dekabrında, ABŞ-da ittihamnamələr verilməzdən dörd ay əvvəl Dokuçayev və onun rəhbəri Sergey Mixaylov Moskvada həbs olunublar. Onlara və Kaspersky Lab özəl şirkətinin bir təhlilçisinə qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb.

İnformasiya Təhlükəsizliyi Mərkəzinin rəhbəri, qocaman FTX zabiti, deyilənlərə görə bu işlə bağlı pensiyaya göndərilib.

Bu həbslərin vaxtı və ittihamların təbiəti o vaxt kiberaraşdırmaçılar və ekspertlər arasında intensiv şayiələrin yayılmasına səbəb olmuşdu.

ABŞ kəşfiyyatı FTX, habelə Rusiyanın hərbi kəşfiyyatı – Baş Kəşfiyyat İdarəsini (GRU) Amerikanın siyasi fiqurlarını, o cümlədən Demokratik Milli Komitəni hədəfləyən kampaniyalarda günahlandırır.

San Fransisko prokurorları deyirlər ki, Baratova uzunmüddətli həbsxana cəzasının verilməsi Rusiyanın FTX-sinə görk olardı.

İttihamnamədə deyilir: “Müttəhim Baratovun internet poçtlarına Rusiya FTX-si zabitinin sifarişi ilə müdaxilə etməsi bu məsələdə onlara çox güclü və əhəmiyyətli mesajın göndərilməsini tələb edir…”

Moskvadakı həbslərdən sonra Dokuçayev və Mixaylovun və onlara qarşı ittihamların nə yerdə qaldığı barədə heç bir məlumat verilməyib. Onların vəkilləri də informasiyasızlıqdan gileylənirlər.

Amma sızmış informasiyalar göstərir ki, FTX zabitləri əvvəllər Rusiya hakerlərinin təqibində ABŞ-la əməkdaşlıq etdiklərinə görə hədəflənə bilərdilər.

Bu ayın əvvəllərində Rusiyanın RBK qəzeti adı çəkilməyən təhlükəsizlik mənbəyinə istinadən yazmışdı ki, Dokuçayev və Georgi Fomçenkov adlı başqa bir şəxs “qeyri-rəsmi şəkildə sübutları xarici təhlükəsizlik xidmətlərinə ötürdüklərini” etiraf ediblər.

Qəzetin yazdığına görə Mixaylov və Kaspersky Lab şirkətinin təhlilçisi Ruslan Stoyanov özlərini təqsirli hesab etmirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG