Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:01

FTB direktoru: Rusiya ABŞ seçkisinə təsir etməyə çalışır


FTB irektoru Christopher Wray

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Christopher Wray Birləşmiş Ştatların millət vəkillərinə deyib ki, Rusiya hələ də ABŞ prezident seçkisinə təsir göstərməyə çalışır.

FTB direktorunun dediyinə görə Rusiyanın səylərindən əsas məqsəd demokrat namizəd Joe Biden-i gözdən salmaqdır.

Wray Nümayəndələr Palatası Daxili Təhlükəsizlik Komitəsində sentyabrın 17-də verdiyi ifadədə deyib ki, Rusiya Biden-in kampaniyasına sosial media, proksilər, dövlət mediası və internet saytları vasitəsilə “ziyan vurulması” kampaniyasının arxasında dayanır.

Wray deyib ki, Moskva bu platformalardan istifadə edərək onun nəzərində “anti-Rusiya isteblişmenti” olan siyasi hakimiyyəti sarsıtmağa çalışır.

FTB direktoru əlavə edib ki, onun ən böyük narahatçılığı noyabrın 3-də keçiriləcək prezident seçkisində hazırkı prezident Donald Trump və Joe Biden arasında yarışın nəticələrinə şübhə yaradılması üçün aparılan “davamlı dezinformasiya hay-küyündəndir”.

Wray-in bu çıxışından əvvəl Ağ Ev Rusiyanın qarşıdan gələn seçkidə Trump-ın qələbəsinə çalışmasına dair iddiaların əhəmiyyətini azaltmağa çalışırdı.

XS
SM
MD
LG