Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:51

“Özünə hörmət edən ölkə bu tənqidi qulaqardına vurmaz”


►Bahar Muradova: “Biz də onların bu mövqeyinin yanlış olduğunu..."

Azərbaycan yenə azad olmayan ölkələr sırasındadır, Freedom House-un yeni açıqlanan hesabatında belə deyilir. Üstəlik də hesabat müəllifləri ölkənin həmin siyahıda 7 pillə gerilədiyi qənaətinə gəliblər.

Təşkilat hesab edir ki, ötən ilki parlament seçkiləri “vətəndaş cəmiyyətinə hücum mühitində və müxalifətin boykotu şəraitində” keçirilib, buna görə də iqtidarın qələbəsi “mənasız”dır.

BAHAR MURADOVA: “YANLIŞ RƏY FORMALAŞIB”

Milli Məclisin vitse-spikeri, İnsan haqları komitəsinin sədri Bahar Muradova Azərbaycanın “qeyri-azad ölkələr” sırasına salınması fikrini “yanlış və qərəzli” sayır. Onun sözlərinə görə, Freedom House-un hesabatında yeni heç nə deyilmir, təşkilatda Azərbaycanla bağlı “yanlış rəy” formalaşıb və tənqidlər də buna söykənir.

“Biz də onların bu mövqeyinin yanlış olduğunu, stereotiplər əsasında müəyyənləşdirildiyini, birtərəfli və bir çox hallarda qərəz yükü daşıdığını vurğulamağa, təkrarlamağa məcbur oluruq”, - söyləyir vitse-spiker.

O, istər Freedom House-un, istərsə də Human Rights Watch-un son hesabatındakı tənqidlərin heç birini qəbul etmir. Yeri gəlmişkən, HRW siyasi hakimiyyətin tənqidçilərini, medianı, müstəqil QHT-ləri “pərən-pərən saldığını”, ölkədə “represiyaların tüğyan etdiyini” bildirir.

Buna da bax: Cavid Hüseynov «sənlik deyil» məzmununda mesaj yazıb

“REPRESSİYALAR YOXDUR”

Bahar Muradova isə əminliklə söyləyir ki, ölkədə nə siyasi partiyalar, nə media pərən-pərən salınıb:

“Repressiyalar yoxdur. Biz uzun illərdir ki, bu və ya digər hərəkətlərin hüquqi müstəvidə araşdırılmasına həmin təşkilatlar tərəfindən fərqli və Azərbaycana yönəlik müəyyənləşdirdikləri standartlar səviyyəsində dəyərləndirmənin şahidi oluruq. Onların yanlış qiymətləndirdikləri bir neçə faktı ümumiləşdirərək ölkədəki prosesə şamil etmələri kökündən yanlışdır. Ona görə də onların səmimi olmaması haqda möhkəm qənaətə malikəm”. (Ardı aşağıda)

Babaşovun xalası:"Əsgərləri öyrədiblər"
Gözlə

No media source currently available

0:00 0:16:12 0:00

“SİYASİ MƏHBUSLARIN SAYI ƏFV FƏRMANI İLƏ AZALIRDISA...”

Bahar Muradova kimi Müsavat Partiyası başqanı Arif Hacılı da hər iki hesabatdakı rəyin “gözlənilən” olduğunu düşünür. Ancaq ondan fərqli olaraq, “qərəzli və yanlış” olduğunu demir, əksinə ölkədə vəziyyətin getdikcə pisləşdiyini, hakimiyyətin demokratik institutları sistemli şəkildə dağıtdığını düşünür. O, müstəqil medianın, beynəlxalq və yerli ictimai təşkilatların sıxışdırıldığını, sıradan çıxarıldığını, siyasi partiyaların daim basqı altında olduğunu, siyasi rəqabətə imkan yaradılmadığını bildirir.

“Azərbaycanda insan haqları ilə bağlı vəziyyət son bir ildə bir qədər də pisləşib. Ötən illərdə bəzi siyasi məhbuslar əfv fərmanı ilə azadlığa buraxılırdısa, onların sayı azalırdısa, 2015-ci ildə bu, baş vermədi. Əksinə, həbslər davam edir. İnsan haqları sahəsində baş verənlər bütövlükdə onu göstərir ki, Azərbaycan hakimiyyəti irəliyə doğru addım atmaq istəmir. İnsan haqlarının pozulması, siyası məhbusların sayının artması təbii ki, beynəlxalq birliyin Azərbaycana münasibətinin dəyişməsinə və bu cür hesabatlarda Azərbaycanın adının “qeyri-azad ölkələr” sırasında çəkilməsinə səbəb olacaq”, - Müsavat başqanı bildirir.

Arif Hacılı hesab edir ki, siyasi hakimiyyət bu tənqidlərin “qərəzli” olduğunu söyləməkdənsə, insan haqları sahəsindəki durumu dəyişməlidir. “Lobbiçilik siyasətinə və ya kürü diplomatiyasına ehtiyac yoxdur, sadəcə, təməl hüquq və azadlıqları təmin etməli, siyasi məhbusları azadlığa buraxmalıdır”, - deyir Müsavat başqanı.

«Üsyançı» müstəntiq azad olundu
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Buna da bax: Nazirlər bahalı maşınları neçəyə alırlar?

“ÖZÜNƏ HÖRMƏT EDƏN ÖLKƏ...”

Siyasi şərhçi Şahin Hacıyev isə sözügedən hesabatların “obyektiv” olduğu qənaətindədir. “Əslində, orda yeni heç nə yoxdur. Çünki ölkədə vəziyyət dəyişmir”, deyir.

Ancaq siyasi şərhçi bu hesabatların təsiri ilə sadalanan problemlərin həll olunmadığını söyləsə də, bu fikirdədir ki, müəyyən mənada hakimiyyətə “təzyiq”dir.

“Azərbaycan hakimiyyəti hər nə qədər bunun əhəmiyyətsiz olduğunu desə də, belə deyil. Bu gün Avropa Şurasının Baş katibinin müraciətində çox kəskin, xoşagəlməz qiymətləndirmə var. Özünə hörmət edən heç bir ölkə belə tənqidi qulaqardına vura bilməz”.

Ancaq siyasi şərhçi əmindir ki, hakimiyyət dəyişikliklərə meyl etmir və bunun sonda beynəlxalq sanksiyaların tətbiqinə gətirəcəyini istisna etmir.

Ötən il ABŞ Konqresinə Azərbaycanda vəzifəli şəxslərə sanksiyaların tətbiqi ilə bağlı sənəd təqdim olunub. Buna səbəb Azərbaycanda insan haqlarının və azadlıqların pozulması göstərilib. Buna cavab olaraq, Milli Məclisin bir üzvü tərəfindən də ABŞ-a qarşı oxşar layihə hazırlanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG