Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:32

Freedom House-dan Formula-1 çağırışı


►“Hökumətin repressiv siyasətinə diqqət edin”

“Formula 1” Avropa Qran Pri yarışları öncəsində Freedom House təşkilatı yarışlardan ötrü Bakıya səfər edənləri hökumətin siyasətinə diqqət yetirməyə çağırıb.

Təşkilat bununla bağlı bəyanat yayıb.

“Vətəndaşlarının fundamental azadlıqlarını təqib etməyə və müxalif səsləri boğmağa davam etməsinə baxmayaraq, Azərbaycan hökuməti “Formula 1” kimi idman tədbirlərindən istifadə edir. Özünü müasir və mərhəmətli hakimiyyət kimi təsvir etməyə çalışır”.

Təşkilatın vitse-prezidenti Daniel Kalinqaert belə deyib.

Onun bəyanatında daha sonra oxuyuruq:

“Biz Bakıya gedən jurnalistləri, korporativ sponsorları yarışların parıltısı arxasında 80-dən çox siyasəti fəal, insan haqları müdafiəçisi və müxbirlərin əsassız həbsi daxil olmaqla hökumətin repressiv siyasətinə diqqət yetirməyə çağırırıq”

Bakıda “Formula-1” yarışları bu il iyunun 17-19-da keçiriləcək.

Azərbaycan hökuməti ölkədə siyasi məhbus olmadığını bildirir.

XS
SM
MD
LG