Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:15

Qafqazın şəkillərini çəkən 'casus'

Fransızdilli Frederik Dübua (1798-1850) bugünkü İsveçrədə yerləşən Noşateldən idi. O Qafqazdan başqa Krımı da gəzib

İsveçrəli-prussiyalı aristokrat olan Dübua Rusiya İmperiyasının cənub sərhədlərini araşdırıb oraların şəklini çəkmək üçün çar I Nikolayın xeyir-duasını almışdı

Fransız ixtiraçısı Lui Dagerin (Louis Daguerre) Parisdə fotoqrafiyanın əsasını qoymasından bir neçə il öncə, 1831-ci ildə Frederik Dübua (Frederic Dubois) adlı gənc rəssam və tədqiqatçı maraqlı missiya ilə Qafqaza gəlib.

İsveçrəli-prussiyalı aristokrat olan Dübua Rusiya İmperiyasının cənub sərhədlərini araşdırıb oraların şəklini çəkmək üçün çar I Nikolayın xeyir-duasını almışdı. Söhbət bugünkü Azərbaycan, Ermənistan və Gürcüstan ərazilərindən gedir.

Dübuanın həyatı haqqında az şey məlumdur. Ancaq o bəzən casus adlandırıldığı Qafqaza səyahətdən 11 cildlik səyahətnamə hazırlamağa kifayət edəcək qədər materialla qayıdıb. Bu materiala illüstrasiyalarla dolu olan beş nəhəng “atlas” da daxildir.

Frederik Dübuanın hazırladığı səyahətnamələrdən birinin ön səhifəsi. Gürcüstan Milli Parlament Kitabxanasının AzadlıqRadionun mərkəzi xəbər xidmətinə təqdim olunub

Gürcüstan Milli Parlament Kitabxanasından AzadlıqRadiosunun xəbər xidmətinə atlaslardan bir neçəsinin sürəti təqdim edilib.

İrəvan qalasından Ağrı düzünə açılan mənzərə. Uzaqdan Ağrı dağı görünür. Dübuanın bu mənzərəni çəkmək üçün dayandığı yerdə hazırda konyak zavodu yerləşir. O zamansa burada İrəvan qalasının qalıqları olub

Azərbaycandakı Şəmkir minarəsinin altında iki adam. Təqribən 1861-ci ildən əvvəl dağıdılmış bu tikilinin 60 metr hündürlüyündə olduğu deyilir. Ondan hərbi müşahidə qülləsi kimi istifadə olunduğu güman edilir. Minarə təqribən XI əsrdə tikilib

Dübua Azərbaycanın Naxçıvan bölgəsindəki tikililəri “İran tikililəri” adlandırıb. Arxa fonda “Ağrı dağının piramidaları” yüksəlir. Tədqiqatçı qeyd edir: “Mənim [Naxçıvana] səfərimdən sonra, 1840-cı il iyunun 20-də dəhşətli zəlzələ bu iki abidəni uçurub. İndi onlar təkcə mənim rəsmlərimdə mövcuddur”

Ermənistanın qayalıq landşaftında tikilmiş Geğard monastırı. Dübua edir ki, bu tənha monastır tərki-dünyalığı seçmiş rahiblərin məskənidir

Gürcüstanın separatçı bölgəsi Abxaziyada Pitsunda kilsəsi

Gürcüstanın qərbində yerləşən Kutaisi şəhərindəki Baqrati kilsəsinin qalıqları. Bina “1691-ci ildə türklər tərəfindən dağıdılıb. Onlar qalanı və ətrafındakı binaları partladıblar”, - Dübua yazır

Dağlıq Qarabağ bölgəsinin mənzərəsi. Arxa fonda Şuşa qalasının divarları görünür

Debed çayı üzərində körpü. Bu körpü bu gün Gürcüstanla Ermənistan arasındakı sərhədin bir hissəsini təşkil edir

Erməni rahibləri İrəvandan 20 kilometr qərbdə yerləşən Eçmiədzin kilsəsinin ətrafında söhbət edirlər. Bu tikili bu gün də dəyişməz qalıb

Gürcüstanın cənubunda, Axaltsıxda kilsə
Gürcüstanın cənubunda, Axaltsıxda kilsə

Dübua 1834-cü ildə Avropaya qayıdıb. Bölgəyə dair kitabları çap olunandan sonra ona Fransa Coğrafiya Cəmiyyəti və Müqəddəs Stanislav Ordeninin qızıl medalı verilib. Ona həm də Rusiya çarı tərəfindən böyük məbləğdə pul hədiyyə edilib. O ömrünün son illərinin Avropada arxeoloji tədqiqatda keçirib. Dübua 1850-ci ildə, 50 yaşında vəfat edib.

Amos Çepl

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG