Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Avqust, şənbə, Bakı vaxtı 15:45

Fransada etirazlar davam edir


Parisdə etiraz aksiyası. 22 dekabr.

Fransada artıq 11-ci həftədir ki, “sarı jiletlilərin” aksiyası davam edir.

Yanvarın 26-də yenidən paytaxt Parisdə prezident Ammanuel Macron hökumətinə qarşı etiraz aksiyası keçirilib.

Yelisey düzü və Bastiliya meydanına yüzlərlə aksiyaçı toplaşıb. Şəhərin küçələrinə xeyli polis qüvvələri çıxarılsa hələlik da toqquşma və ya digər zorakılıq halları qeydə alınmayıb.

Ümumilikdə gün ərzində şəhərdə 4 yürüş gözlənir.

10 həftə əvvəl dizel yanacağına verginin artırılması və bahalaşmaya qarşı başlayan kütləvi etirazlar, sonradan prezident Emmanuel Macrona, onun iqtisadi siyasətinə qarşı yönəldi.

Həmin etiraz aksiyalarından birində paytaxt Parisdə avtomobillər yandırılmış, bank və sığorta şirkətlərinin pəncərələri sındırılmış və mağazalar qarət edilmişdi.

Bu etiraz aksiyalarında indiyədək 10 adam ölüb.

Sonda hökumət güzəştə gedərək islahatları 6 aylıq dayandırdı və o gündən bu yana etirazlar getdikcə səngiyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG