Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:16

Fransada kütləvi etirazlar davam edir


Fransada etiraz aksiyası
Fransada etiraz aksiyası

Fransada kütləvi etirazlar davam edir.

Aksiyaçılar dizel yanacağına verginin artırılmasına etiraz edirlər.

Şənbə günü Parisdə keçirilən nümayişdə azı 30 min adamın iştirakı gözlənir.

Şəhərdə ictimai-asaişin qorunmasına 3 minədək polis çıxarılıb.

Hakimiyyət ehtiyat edir ki, sağçı və solçu ifratçıların təsiri ilə zorakılığa çevrilə bilər.

Fransada etirazlar artıq bir həftədir ki, davam edir.

Sarı gödəkçələr geyən aksiyaçılar avtomobil yollarını və yanacaqdoldurma məntəqələrinin girişlərini bağlayırlar.

Ötən həftə ölkədə keçirilən nümayişlərdə ümumilikdə 300 minədək adam iştirak edib.

Bu etirazlara verginin qaldırılmasına qarşı çıxanlarla yanaşı, prezident Emmanuel Macronun siyasətinə qarşı olanlar da qoşulub.

Bəzi yerlərdə polislə toqquşmalar olub,600-dən çox adam saxlanıb.

Hərc-mərclik zamanı 2 nəfərin öldüyü bildirilir.

Şənbə günü Anjer şəhərində əlində qumbara olan bir nəfər saxlanıb.

O,prezidentin aksiyaçılarla görüşməsini tələb edirmiş.

Fransa hakimiyyəti dizel yanacağına verginin qaldırılmasını ətraf mühitin çirklənməsinin qarşısının alınması və ekoloji cəhətdən təmiz nəqliyyatın inkişafı ilə izah edir.

Buna qarşı çıxanlarsa hesab edirlər ki, bu addımdan daha çoxkasıblara zərbə dəyəcək.Çünki bir çox fransalı qənaət üçün işlənmiş və dizellə işləyən avtomobillərdən istifadə edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG