Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

'Sarı jiletli'lərin yeni ildə ilk aksiyası


Fransa, 22 dekabr 2018
Fransa, 22 dekabr 2018

Yanvarın 5-də Fransız “Sarı jilet” etirazçıları 2019-cu ilin ilk eitraz aksiyasını etmək üçün Paris küçələrinə axışıblar.

Reuters yazır ki, Fransa hökumətinin rəsmi nümayəndəsi Bencamin Qrivo (Benjamin Griveaux) bildirib ki, 2019-cu ildə keçirilən ilk iclasda prezident Emmanuel Makron (Emmanuel Macron) nazirlərə ölkədə keçirilən islahatlar prosesində onların qayda-qanunu bərpa etmək üçün daha radikal olmalarının gərəkdiyini qeyd edib.

Qiymət artımı ilə bağlı təşkil edilən etiraz aksiyaları Parisin və digər böyük şəhərlərin dağıdılmasına səbəb olduğundan, Makron güzəştə getməyə məcbur olmaqla yanaşı, həmçinin planlaşdırılmış yanacaq vergilərini də təxirə salmalı olub.

“Sarı jilet” hərəkatının rəhbərlərindən biri Erik Dru (Eric Drouet) yanvarın 2si polis tərəfindən razılaşdırılmamış ektiraz aksiyasının təşkilinə görə saxlanılsa da, növbəti gün azad edilib.

Makronun tənqidçiləri onun sərt reaksiyasının yanlış olduğunu və bununla da durumu daha da qəlizləşdirmiş olduğunu bildiriblər.

Fransada etirazlar noyabrın ortalarında 2019-cu ildən ildən yanacağın qiymətinin artırılacağı barədə xəbərdən sonra başlayıb. “Sarı jilet” hərəkatı çərçivəsində paytaxt Paris və digər şəhərlərdə dükanlar qarət olunub, avtomobillər yandırılıb. Polislə qarşıdurmalarda yüzlərlə adam xəsarət alıb, 2000-dək adam saxlanıb. ich

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG