Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Fransa çempion oldu


2018 DÇ-nın loqosu
2018 DÇ-nın loqosu

Xorvatiya millisi 69-cu dəqiqədə hesab arasındakı fərqi azaldır-4:2. Qolu Mario Mandzukic vurur.

--

64-cü dəqiqədə hesab 4:1 olur. Qolu Kylian Mbappe vurur.

Paul Pogba 59-cu dəqiqədə hesabı artırır 3:1

--

Fransa hesabda irəli çıxır.

Qolu 37-ci dəqiqədə penalti zərbəsindən Antoine Griezmann vurur.

--

Xorvatiya millisi 28-ci dəqiqədə hesabı bərabərləşdirir. Qolu İvan Prishic vurur.

--

Fransa millisi 18-ci dəqiqədə hesabı açır.

Antoine Griezmann-ın sağ güncdən qaldırdığı cərimə zərbəsi Xorvatiya millisinin oyunçusu Mario Mandzukic-in başına dəyərək qapının küncünə girir.

--

Bu gün Rusiyada keçirilən XXI dünya çempionatına yekun vurulacaq.

Qol.az-ın məlumatına görə, həlledici qarşılaşmada Fransa və Xorvatiya milliləri üz-üzə gələcək. Bu, Xorvatiyanın tarixində ilk finaldısa, fransızlar 20 və 12 il əvvəl bu həyəcanı yaşayıblar.

Hər iki komanda dünya çempionatları tarixində ən yaxşı nəticəsini Fransada keçirilən yarışda qazanıb. Ev sahibi Fransa DÇ-1998-in qalibi, Xorvatiya isə həmin mundialda bürünc medala sahib olub. O zaman bu 2 komandanın yarımfinaldakı mübarizəsndən Fransa qalib ayrılmışdı - 2:1.

DÇ-2018
Final
15 iyul


19:00. Fransa - Xorvatiya
Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Byörn Kuypers, Ervin Zeinstra (hər ikisi Hollandiya)
Moskva, "Lujniki" stadionu.

XS
SM
MD
LG