Keçid linkləri

2025, 19 Mart, çərşənbə, Bakı vaxtı 06:31

Fransa və rusiyalı nazirlər həm də Bakı ilə Yerevan arasında sülh sazişini müzakirə ediblər


Fransanın müdafiə naziri Florence Parly (sol), xarici işlər naziri Jean-Yves Le Drian, Rusiyanın xarici işlər naziri Sergei Lavrov və Rusiyanın müdafiə naziri Sergei Shoigu
Fransanın müdafiə naziri Florence Parly (sol), xarici işlər naziri Jean-Yves Le Drian, Rusiyanın xarici işlər naziri Sergei Lavrov və Rusiyanın müdafiə naziri Sergei Shoigu

Rusiya Ukraynanın ərazi bütövlüyünün yeni pozulmasının nəticələri ilə hesablaşmalı olacaq.

AzadlıqRadiosunun rus xidməti "Alman Dalğası" radiosuna istinadla xəbər verir ki, fransanın xarici və müdafiə nazirləri bu məsələni Parisdə olan rusiyalı həmkarlarına xatırladıblar.

"Hər iki nazir Ukraynanın ərazi bütövlüyünün hər hansı yenidən pozulması halında ciddi nəticələrlə bağlı xəbərdarlıq edib", - Fransa Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda belə deyilir.

Məlumatda həmçinin deyilir ki, "Paris Rusiyaya "hərbçilərinin hərəkətləri və yerdəyişməsi ilə bağlı şəffaflıq öhdəliklərini xatırladıb.

Bunda başqa danışıqlarda qeyri-leqal miqrant axını ilə bağlı Belarus və Avropa İttifaqı arasında sərhəddə vəziyyət də müzakirə olunub.

Fransa tərəfi Avropa İttifaqını şantaj etmək üçün böhranlı bölgələrdən gələn miqrantlardan istifadə edən Belarus hakimiyyətinin davranışını “məsuliyyətsiz və qəbuledilməz” adlandırıb.

Məlumata görə, Fransanın xarici işlər naziri Le Drian və müdafiə naziri Parley Rusiyanı “belə siyasi oyunlara son qoymaq” üçün Belarusla sıx əlaqələrini səfərbər etməyə çağırıb.

Bundan əlavə, tərəflər İranın nüvə proqramı, Azərbaycan və Ermənistan arasında sülh sazişi, Əfqanıstandakı vəziyyət , həmçinin Aİ-Rusiya, Rusiya və NATO arasında dialoq kanallarının saxlanmasının vacibliyini vurğulayıblar.

Litva sərhədindəki miqrant düşərgəsində həyat...
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

XS
SM
MD
LG