Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Sentyabr, Cümə, Bakı vaxtı 05:28

Fransa Rusiyadakı ticarət missiyasını bağlayır


Moskvadakı Fransa səfirliyi

Fransanın Moskvadakı səfirliyi bildirib ki, özünün Rusiyadakı ticarət missiyasını bağlayır. Səfirlik bildirir ki, bu, Rusiya hökumətinin missiyanın işi üçün yaratdığı şəraitin pisləşməsi ilə bağlıdır.

Bəyanatda deyilir ki, Rusiyadakı Fransa ticarət missiyasının əməliyyat şəraiti son aylarda xüsusilə ağırlaşıb.

Qeyd olunur ki, Vyana Konvensiyasının şərtlərinə zidd olaraq Rusiya hakimiyyət orqanları missiyanın bank hesabına həbs qoyub.

Fransa səfirliyi habelə ticarət missiyası direktorunun Rusiya hökuməti tərəfindən ölkədən qovulduğunu xatırladıb.

Business France missiyasının direktoru başqa dörd fransız diplomatla birlikdə mart ayında persona non grata elan edilmişdi.

Bu, Rusiya hökumətinin Qərb ölkələrinin rusiyalı diplomatları qovmasına cavab addımı kimi atılmışdı. Qərb ölkələri Rusiya diplomatlarını rusiyalı casus Skripalın qızı ilə birlikdə zəhərlənməsinə reaksiya olaraq qovmuşdular.

AzadlıqRadiosu bildirir ki, Fransanın öz ticarət missiyasını bağlamaq qərarı Moskva ilə aparılmış uzun müzakirələrdən sonra qəbul edilib.

XS
SM
MD
LG