Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Rusiya və Fransa qarşılıqlı media xəbərdarlığı verirlər


Rusiyanın dövlət media tənzimləyicisi Fransanın France 24 kanalına xəbərdarlıq edərək bildirib ki, o xarici medianın sahibliyinə dair Rusiya qanunlarını pozur və buna görə də lisenziyasından məhrum edilə bilər.

Roskomnadzor-un iyunun 29-da yaydığı bu bəyanatdan bir gün əvvəl Fransanın Ali Media Şurası Rusiya hökuməti tərəfindən maliyyələşdirilən RT telekanalına onun Suriyada kimyəvi silahlardan istifadə haqqındakı proqramda faktları saxtalaşdırdığını bildirmişdi.

Fransanın media tənzimləyicisi bildirmişdi ki, RT aprelin 13-dəki yayınında Suriyada kimyəvi silahlardan istifadəyə dair proqramında Suriya vətəndaşlarının sözlərini saxtalaşdırmış, faktiki olaraq onların demədikləri sözləri efirə vermişdi.

Roskomnadzor isə bildirib ki, France 24 Rusiyanın xarici media sahibliyi haqqında qanununu pozur. Bu qanuna görə Rusiyada fəaliyyət göstərən media şirkətlərinin yalnız 20 faizi xarici vətəndaşlara aid ola bilər.

Media ekspertləri bildirirlər ki, Roskomnadzorun France 24-ə xəbərdarlığı Fransa media tənzimləyicisinin RT kanalına xəbərdarlığına cavab olaraq verilib.

Suriyanın Duma qəzasındakı şərqi Qutada 7 aprel hücumundan sonra tibb işçiləri demişdilər ki, sarin və xlorin qazlarının təsirinə məruz qalmış 40-dək suriyalı ölüb.

Lakin RT-nin bu hadisə barədə reportajında kimyəvi silahla hücum faktı ümumiyyətlə inkar edilirdi. Başqa sözlərlə RT bu məsələdə tamamilə rəsmi Moskvanın mövqeyini dəstəkləmişdi.

RT Fransa Media Şurasının iradını qismən qəbul edib və bildirib ki, suriyalı vətəndaşların müsahibələrinin fransızcaya tərcüməsi qüsurlu olub, lakin ümumən faktlar saxtalaşdırılmayıb.

Fransa prezidenti Emmanuel Macron öz ölkəsindəki Rusiya medialarına qarşı sərt mövqe tutub.

O deyib ki, RT Rusiya hökumətinin “təsir alətidir”.

Macron habelə RT-ni 2016-cı il seçkisi zamanı “təbliğat” aparmaqda ittiham edib.

RT telekanalı ABŞ-da xarici agent kimi qeydiyyatdan keçməyə məcbur edilib və Britaniyada dəfələrlə xəbərdarlıqlar alıb.

Öz növbəsində Rusiya iyunun 29-da Almaniyanın Deutsche Welle kanalına xəbərdarlıq edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG