Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 18:01

Fransa 39 radikal islamçını deportasiya edəcək

Fransanın daxili işlər naziri Jerald Darmanen
Fransanın daxili işlər naziri Jerald Darmanen

Fransa hökuməti Rusiyaya radikal islamçı baxışlara malik 39 rusiyalının siyahısını təqdim edib. Paris bildirir ki, bu adamların deportasiyasını planlaşdırır. Bu barədə məlumatı Fransanın daxili işlər naziri Jerald Darmanen verib:

"Biz radikallaşmada şübhəli bildiyimiz 39 Rusiya vətəndaşını xüsusilə diqqətlə izləmişik. Ötən həftə biz onların siyahısını Rusiya tərəfinə təqdim etmişik və indi prosedur üçün danışıqlara başlanacaq”.

Onun sözlərinə görə rusiyalılar yalnız Rusiya bu siyahını təsdiqlədikdən sonra deportasiya olunacaq. Deportasiya siyahısında konkret kimlərin olması bildirilmir.

Rusiyanın Parisdəki səfirliyi isə bildirir ki, Fransa hökumətindən onlara heç bir siyahı daxil olmayıb:

“Bu mövzu hələ ki, yalnız fransızlar tərəfindən onların öz informasiya məkanında hallandırılır. Səfirliyimizə gəlincə isə Fransa DİN bizimlə rəsmi qaydada əlaqəyə girməyib”.

Terror aktı

Darmanen deportasiya barədə bəyanatla Mahaçqala aeroportunda baş vermiş antisemit etirazlardan dərhal sonra çıxış edib.

O bundan əvvəl təhlükəsizlik üçün hədə yaradan 60 rusiyalının siyahısı barədə məlumat vermişdi. Nazir qeyd etmişdi ki, onların arasında “təbii olaraq” çeçenlər də var.

2023-cü il oktyabrın 13-də Fransanın şimalındakı Arras şəhərində terror aktı baş verib.

Bu aktı 20 yaşlı çeçen əsilli rusiyalı Moxammed Moquşkov törədib. Onun hücumu nəticəsində müəllimlərdən biri həlak olmuş, daha üç nəfər ağır yaralanmışdı.

Le Figaro yazır ki, Fransa xüsusi xidmətləri Moquşkovu izləyir, onun telefonunu dinləyir və qaldığı evi güdürdü.

​
XS
SM
MD
LG