Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:56

Rusiya telekanalını Fransa prezidentinin tədbirinə buraxmadılar


RT Qərb ölkələri tərəfindən təbiğatda ittiham olunmasına baxmayaraq özünün fransızdilli kanalını açıb
RT Qərb ölkələri tərəfindən təbiğatda ittiham olunmasına baxmayaraq özünün fransızdilli kanalını açıb

Fransa prezidentinin aparatı bir həftədə ikinci dəfə Rusiyanın dövlət RT yayın şirkətinin yeni fransızdilli kanalının müxbirinə akkreditasiya verməkdən imtina edib.

RT-nin baş redaktoru Marqarita Simonyan bununla əlaqədar yanvarın 15-də deyib ki, “İfadə azadlığındansa baget çörəyinin müdafiəsinə daha çox fikir verən Fransa prezidenti Macron öz ölkəsinin konstitusiyasını diqqətlə oxumalıdır”.

Bu atmacası ilə Simonyan Macron-un ötən həftə Fransanın ənənəvi çörəyi bagetin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması müraciətinə işarə edib.

RT-nin yenicə açılmış fransızdilli telekanalının müxbiri yanvarın 15-də Parisin Yelisey sarayında keçirilən mətbuat konfransına buraxılmayıb.

RT bildirir ki, telekanalla yanvarın 10-da Romada da eyni cür davaranılıb. Fransa prezidentinin administrasiyası bildirib ki, RT France-ın müxbiri bu sammitə qatıla bilməz.

Eyni zamanda, yanvarın 15-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Macron-un təklif etdiyi qanunvericilik aktını tənqid edib. Bu qanun saxta xəbərlərin qarşısını almalıdır.

Lavrov deyib ki, saxta xəbər yalnız “bir tərəfin, müzakirəsiz, sübutsuz və arqument tanımayan xəbəri ola bilər”.

Birləşmiş Ştatlarda, Fransa və başqa Qərb ölkələrində təbliğat maşını adını qazanmasına baxmayaraq, RT ötən ay fransızdilli kanal açıb.

Əvvəllər Russia Today kimi tanınan RT ingilis, ispan və ərəb dillərində də proqramlar yayınlayır.

Ötən ay Putinlə birgə mətbuat konfransında Macron RT və Sputnik barədə ağır sözlər işlədib
Ötən ay Putinlə birgə mətbuat konfransında Macron RT və Sputnik barədə ağır sözlər işlədib

Ötən may ayında Rusiya prezidenti Vladimir Putinlə birlikdə Parisdə mətbuat konfransında çıxış edən Macron RT və Kreml tərəfindən dəstəklənən Sputnik media qurumunu “nüfuz agenti və yalançı təbliğat maşını” adlandırmışdı.

2017-ci ilin Fransa seçkisinin təbliğat kampaniyası zamanı Macron Sputnik-i qarayaxmada ittiham etmişdi. Buna səbəb RT-nin bir mühafizəkar millət vəkilinin qeydlərini efirə verməsi olmuşdu. Bu millət vəkili Macronun “gey lobbisi” tərəfindən dəstəklənən “ABŞ agenti” olduğunu demişdi.

Birləşmiş Ştatların kəşfiyyat orqanları da RT-ni 2016-cı ilin ABŞ seçkisinə müdaxilə etməkdə günahlandırır.

Məhz bunun nəticəsində 2017-ci ilin sentyabrında ABŞ Ədliyyə Nazirliyi RT-dən “xarici agent” kimi qeydiyyatdan keçməsini tələb etmişdi. Bunun ardınca Twitter RT və Sputnik-in hər hansı reklamlarının yayılmasını qadağan edib.

Moskva özünün dediyi kimi Putin buna “simmetrik cavab olaraq” Rusiyada çalışan xarici yayınçıların xarici agent kimi qeydiyyatdan keçməsini tələb edən qanunu imzalamışdı.

Ötən dekabr ayında Rusiyanın Ədliyyə Nazirliyi “Amerikanın səsi”, AzadlıqRadiosu və bu qurumların 7 xəbər xidmətini xarici agent elan edib.

Russia Today 2000-ci ildə Putinin təşəbbüsü ilə “ABŞ və Britaniyanın informasiya məkanındakı hegenmonluğuna” son qoyulması məqsədilə yaradılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG