Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 18:58

Prezidentlə razılaşmayan general istefa verdi


Pierre de Villiers

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pierre de Villiers istefa verib. Səbəbi hökumətin büdcədə müdafiə xərclərini azaltmaqla bağlı planına dair prezident Emmanuel Macron-la aralarındakı fikir ayrılığıdır.

General istefa ərizəsində yazıb ki, ölkədə təhlükəsizliyi təmin etməli olan “ordu modelinin davamlılığına zəmanət verə” bilmir. Prezident Villiers-in istefa ərizəsini artıq qəbul edib.

Ötən həftə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi hökumətin bu il ölkənin hərbi xərclərini 850 milyon avro azaltmaq planına kəskin şəkildə qarşı çıxıb. Bundan sonra Bastiliyanın alınması gününü qeyd edərkən ordu qarşısında çıxış edən Macron generalı açıq şəkildə tabeçiliyə çağırmışdı. Prezident ali komandan olduğunu xatırlatmış və bəyan etmişdi ki, onunla razılaşmayan general vəzifəsindən getməlidir.

General Pierre de Villiers 2014-cü ilin fevralından Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisidir. Vəzifəsinin icrası bir il sonra başa çatırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG