Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Fransa polisi Rusiya senatoru, milyarder Kerimovu saxlayıb


Süleyman Kerimov
Süleyman Kerimov

Media xəbərlərinə görə Fransa polisi burada aparılan vergidən yayınma təhqiqatının gedişində rusiyalı milyarder, milliyyətcə ləzgi Süleyman Kerimovu saxlayıb.

Forbes jurnalının təxminlərinə görə sərvəti 6, 3 milyard dollar olan Kerimov noyabrın 20-də Nitsa şəhərinin hava limanında saxlanıb.

Reuters Fransa prokurorluğunun rəsmisinə istinadən bildirir ki, Kerimov vergi fırıldağından əldə olunmuş pulların yuyulması ilə bağlı təhqiqat çərçivəsində dindirilmək üçün saxlanıb.

Interfax xəbər verir ki, Rusiya XİN Kerimovun saxlandığını təsdiq edib.

Nazirlik bunu da əlavə edib ki, Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurasının üzvü olan Kerimov diplomatik toxunulmazlığa malik olduğuna görə həbs edilməyib, lakin saxlanıb.

Kerimovun sərvətinin əksər hissəsi Rusiyanın ən böyük qızıl istehsalçısı Polyus şirkətinə nəzarətdən gəlir.

Kerimovun həm də Rusiyanın potaş (kalium duzu) hasilatçısı Uralkali və tikinti şirkəti PIK qrupunda da səhmləri var.

XS
SM
MD
LG