Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Sentyabr, bazar, Bakı vaxtı 17:07

Fransa iranlı diplomatı ölkədən çıxarıb


Fransa Eyfil qülləsi

Fransa terr aktının təşkilində şübhəli bilinən iranlı diplomatı ölkədən çıxarıb.

Fransanın xarici işlər nazirliyi hesab edir ki, İran müxalifətinin Paris ətrafında keçirdiyi mitinqdə bomba partladılmalıymış.

Frans-Press agentliyinin məlumatına görə, ölkədən xaric edilən diplomat,İran xüsusi xidmətinin əməkdaşıdır.

Agentlik bildirir ki, Paris həmin diplomatı oktyabrın əvvəllərində ölkədən çıxarmaq qərarına gəlib.

Amma hər iki ölkənin hökuməti, bunun mətbuata sızmaması və İranın nüvə proqramı ilə bağlı danışıqlara mane olmaması üçün bu barədə məlumat verməmək razılığına gəliblər.

RFİ-nun (Beynəlxalq Fransa radiosu) məlumatına görə bu danışıqlar Fransa,bir sıra Avropa ölkələri,Çin, Rusiya və İran arasında aparılır.

Amma Fransa və İranın xarici işlər nazirlikləri məsələni şərh etməkdən imtina ediblər.

Reutersin məlumatına görə isə Fransanın xarici işlər nazirliyi avqustun sonunda öz əməkdaşlarına, İrana bütün səfərləri təxirə salmağı məsləhət görüb.

Fransanın xüsusi xidməti hesab edir ki, bu partlayışın sifarişçisi İran kəşfiyyat xidmətinin daxili təhlükəsizlik idarəsi olub.

Bu partlayış, İran müxalifətinin iyunun 30-da Paris ətrafındakı Vilpend qəsəbəsində keçirilən illik qurultayında törədilməliymiş.

Məlumata görə, Frans buna görə oktyabrın əvvəllərində İran daxili təhlükəsizlik idarəsinin hesabları və aktivlərini dondurub.

Amma İranın nüvə proqramı ilə bağlı danışıqlara görə İrana qarşı ciddi sanksiyalar tətbiq edilməyib.

XS
SM
MD
LG